UEFA PSJ-nin Mbappeyə olan borcu məsələsinə baxmayacaq

UEFA PSJ-nin Mbappeyə olan borcu məsələsinə baxmayacaq
DÜNYA FUTBOLU 15 Yanvar 2025 / 15:34 450
-  A +

UEFA PSJ-nin sabiq futbolçusu Kilian Mbappeyə olan borcuna görə Fransa klubuna sanksiyalar tətbiq etməyəcək.

QOL.az xəbər verir ki, bu barədə "L’Equipe" nəşri məlumat yayıb. 

Qeyd edilib ki, Avropa futbol qurumu fransalı futbolçunun işi ilə bağlı məsələyə baxmağı planlaşdırmır. Buna səbəb UEFA-ya bütün lazım olan sənədlərin çatdırılmamasıdır.

Daha əvvəl parislilərin "Klubların Lisenziyalaşdırılması və Maliyyə Davamlılığı" reqlamentinin mümkün pozulması səbəbindən UEFA-nın sanksiyalarına məruz qala biləcəyi barədə məlumat yayılmışdı. Buna əsasən, avrokubok turnirlərində iştirak edən klubların iyul ayından etibarən işçilərə heç bir borcu olmamalıdır. 

Qeyd edək ki, Mbappe ötən yaydan "Real"da çıxış edir. Bu mövsüm 26 yaşlı hücumçu bütün turnirlərdə 27 oyun keçirib, 14 qol vurub və 3 məhsuldar ötürmə edib.


Son xəbərlər