İspaniya Superkubokunun dünən gecə keçirilən “Real” - “Malyorka” görüşündə (3:0) futbolçular arasında gərginlik yaşanıb.
QOL.az xəbər verir ki, matçın sonunda “Real”ın oyunçusu Cud Bellingem rəqib müdafiəçi Pablo Maffeonun kürəyinə sillə vurub. Bu isə ispaniyalı futbolçunun narazılığına səbəb olub. Nəticədə meydanda onların arasında qarşıdurma yaranıb. Bu zaman komandanın digər üzvləri də sərt mübahisəyə qoşulublar.
Oyundan sonra “Real”ın baş məşqçisi Karlo Ançelotti bildirib ki, matçın sonunda baş verən bu olay hər iki komanda üçün lazımsız və mənasız idi, çünki oyun artıq bitmişdi.
“Malyorka”lı Pablo Maffeo ilə “Real”ın başqa bir futbolçusu Vinisius Junior arasında da qalmaqal baş verib. Gərginlik paltardəyişmə otaqlarına gedən tuneldə yaşanıb. “Relevo” nəşrinin yazdığına görə, Vinisius rəqib oyunçuya matçdan əvvəl işlətdiyi sözlərə görə sərt formada etiraz edib. Bu zaman madridlilərin köməkçi məşqçisi Davide Ançelotti braziliyalı hücumçunun köməyinə gəlib. Oyunun gedişatında da hər iki futbolçu arasında toqquşma yaranıb.
Qeyd edək ki, buna oyundan əvvəl Maffeonun verdiyi müsahibə səbəb olub. O deyib ki, əgər boks rinqində Vinisiusla döyüşərsə, braziliyalını cəmi 10 saniyəyə nokauta göndərər.
“Sabah”ın böyük hesablı qələbəsindən - Video
"O, bu qolu vursaydı, Zidanla eyni səviyyədə tutulardı"
Baş məşqçi onun komandadan getməsinə razılıq vermədi
"Çelsi" London derbisində inamlı qələbə qazandı
Sumqayıtda vurulan qollar - Video
Argentina millisinin futbolçusu DÇ-2026-nı buraxa bilər
Emreli yenə heyətdən kənardadır
“Daha çox qol vura bilərdik” - Kurban Berdıyev
Nani Qazaxıstan klubunda - Rəsmi
Haaland "Qalatasaray"la matçda da olmayacaq?
“Kəpəz”dən 100-cü səfər qələbəsi
"Sabah" - "Karvan-Yevlax": Heyətlər
"Şamaxı"dan 30-cu böyük hesablı məğlubiyyət
Tarixin ən uzun seriyası qırıldı
"Liverpul"un Alonso ilə ilkin danışıqları müsbət nəticələnib
Sumqayıtda heyətlər açıqlandı
Tanınmış futbolçu Qazaxıstan klubunda
Rekord məbləğə transfer olundu, "Qalatasaray"a keçdi
Qolu dünyasını dəyişmiş anasına həsr etdi
"Liverpul" belə uduzdu - Video
Futbol dünyasına nümunə olacaq qarşılanma - Video
“Qarabağ”la oyunda iştirakı sual altındadır
"Napoli" braziliyalı hücumçu aldı
"Qalatasaray"ın səfər qələbəsi - Video
“Qarabağ”ın rəqibi “qara zolaq”da - “Liverpul”a nə olub?
“Aston Villa”nın yetirməsi “Turan Tovuz”da - Rəsmi
“Borussiya” səfərdən qələbə ilə qayıtdı - Video
“Qalatasaray” autsayderi 3 qolla üstələdi
“Bavariya” öz meydanında məğlub oldu - Video
“Liverpul” “Qarabağ”la oyundan öncə uduzdu
“Mançester Siti”nin qələbəsi - Video
Azərbaycan klublarının qış transferləri - Yenilənir
Ronaldonun komanda yoldaşı klubdan ayrılır
"Mançester Siti" "Qalatasaray"la matça itkilərlə çıxacaq
Millimizin üzvü "Ayaks"a qarşı oynadı
Futbolçu azarkeşlərlə dava etdi - Video
"Kəpəz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Bavariya"dan mövsümün ilk məğlubiyyəti
Arda Gülerin "Real"dakı gələcəyi bilindi
"Qəbələ"nin böyük hesablı qələbəsi - Video