Nokauta düşən boksçudan ağır xəbər

Nokauta düşən boksçudan ağır xəbər
BOKS 4 Yanvar 2025 / 10:53 2282
-  A +

Tanzaniyalı peşəkar boksçu Hassan Mqaya rinqdə aldığı zərbələr nəticəsində vəfat edib.

QOL.az xəbər verir ki, bu barədə Ümumdünya Boks Şurasının mətbuat xidməti məlumat yayıb.

29 yaşlı idmançı dekabrın 27-də Tailandın Dar-əs-Salam şəhərində həmyerlisi Paul Elias ilə qarşılaşıb. Başına bir neçə güclü zərbə dəyən Hassan 5-ci raundda nokauta düşüb. O, ilkin tibbi yardımdan sonra xəstəxanaya yerləşdirilib. Dekabrın 30-da isə boksçu xəstəxanada vəfat edib.

Hassan Mqayanın peşəkar boksda 3 qələbəsi, 4 məğlubiyyəti və 2 heç-heçəsi var idi.

Daha çox


Son xəbərlər