“Neftçi” futbol klubunun baş məşqçisi Arif Əsədovun müsahibəsi
- Unibank Premyer Liqasında final mərhələsinin ilk dövrəsi artıq arxada qalıb. Bu müddətdə “Neftçi”nin çıxışlarını necə dəyərləndirirsiniz?
- Komandamız final mərhələsinə yaxşı başlayıb. Strateji plan kimi nəzərdə tutduğumuz xalları artıqlaması ilə qazandıq. Burada rəqiblərin də xal itirməsi haradasa, işimizə yaradı. Deyərdim ki, işlər haradasa, öz qaydasında gedir.
- Qələbələrinizdə tez-tez hakim faktoru qabardılır. Sizcə, belə fikirlərə əsas verən nədir?
- Hakimliklə bağlı problem həmişə olub və olacaq. Bizim də əleyhimizə olan epizodlar olub. Lakin biz heç vaxt narazılığımızı kəskin formada ifadə etməmişik. Sadəcə, komandalar öz oyunlarını fikirləşməlidirlər. “Xəzər Lənkəran” və digər rəqiblərimizə kim mane olur ki... Udsunlar “İnter”i, udsunlar “Qarabağ”ı və digərlərini... Bu baxımdan, hakimliklə bağlı çox danışmaq istəməzdim.
Biz də axtarsaq, əleyhimizə verilən qərarları göstərə bilərik. Komanda oynamayandan sonra hakim onun yerinə qol vura bilməz. Bu gün komandamız hamıdan çox – 47 qol vurub, hamıdan az – 12-sini buraxıb. Məgər bu qolların hamısını hakimlər vurub? Komandamızın, futbolçularımızın haqqını yemək olmaz.
- Demək, hakim səhvlərini qabardan komandalar ilk növbədə, özlərinə ziyan vururlar...
- Bu, bizim xeyrimizədir. Onlar bizi bir az da motivasiya edirlər. Hər dəfə elə açıqlamalar verəndə şəxsən məndə və futbolçularımda hirs yaranır. Biz hər zaman oyuna çıxarkən 3 xal qazanmaqdan əlavə, sübut etmək istəyirik ki, “Neftçi” öz oyunu ilə qələbə qazanır.
- Hakimlikdən danışmaq rəqiblərinizin oyunlarına necə təsir göstərir?
- Bunu rəqiblərimizdən soruşun. Heç kimə qadağa qoyulmayıb. Demokratiyadır, sabah biz də nə isə deyə bilərik. Amma yenə deyirəm: Sən oynamayandan sonra sabah sənə yüz dənə hakim səhvi də kömək edə bilməz.
- Yarımmüdafiə xəttində iki gənc futbolçu – Mirhüseyn Seyidov və Cavid İmamverdiyevə güvəndiyiniz oyunlarda “Neftçi” gözləniləndən zəif təsir bağışlayıb. Amma daha təcrübəli Rodriqinyoya və Cavid Hüseynova şans verdiyiniz matçlarda komandanız daha yaxşı çıxış edib. Bunu AZAL-la son oyununuzda da gördük. Seyidovu əvəzləyən Hüseynov vurduğunuz qollarda və qazandığınız qələbədə mühüm rol oynadı. Seyidov və İmamverdiyevə israrla şans verməyinizin səbəbi nədir?
- Bizim 25 futbolçumuz var. Onların hamısına güvənirik. Onları gənc və yaşlı kateqoriyalarına ayırmırıq. Amma psixoloji amillər də var. Seçmə mərhələdə stressiz oyunlar da olur. Amma final mərhələsinin ilk “6-lıq” qarşılaşmalarında gərgin mübarizə gedir. Bunların hamısı 6 xallıq oyunlar sayılır. Bu amillər hardasa, futbolçulara təsir edə bilər. Buna baxmayaraq, mən İmamverdiyevlə Seyidova güvənirəm, inanıram və onları oyuna buraxıram.
Lakin 30-cu dəqiqədə onları dəyişiriksə, bu, o demək deyil ki, zəif oynayırlar. Konkret, AZAL-la qarşılaşmaya fərqli taktika ilə çıxmışdıq. Lakin komandamız matçın əvvəlində məğlub duruma düşdükdən sonra istər-istəməz başqa bir taktiki sxem, variantdan istifadə etdik. Bu baxımdan, heç kimə fərq qoymuruq. İmamverdiyevin də, Seyidovun da oynadığı matçlarda qələbə qazanmışıq. İlk dövrədə AZAL-a 1:0 hesabı ilə qalib gəldiyimiz qarşılaşmada Mirhüseyn əsas heyətdə çıxış edirdi. Ona görə də mən bu məsələni belə qələmə verməzdim.
- Komandanızda əsas heyətin daimi üzvləri ilə yanaşı, Ruslan Kurbanov kimi ehtiyatda qalan futbolçular da var.
- Biz bu gün bizə nəticə verməyə qadir futbolçuları meydançaya buraxırıq. Ona görə də Ruslan Kurbanov əsas heyətə düşə bilmir.
- Hansı futbolçularla vidalaşacağınızı müəyyənləşdirmisiniz?
- Hələ bu barədə düşünmürük. Hazırda bütün diqqətimiz çempionat oyunlarına yönəlib.
- Artıq ikinci dəfədir ki, “Neftçi”nin oyunçusu Flavinyo ayın futbolçusu seçilir. Bu haqda nə deyə bilərsiniz?
- Bu da “Neftçi”nin çempionat ərzində stabil oyununun göstəricisidir. Komandamız birinci pillədə gedir. Kollektiv oynayanda fərdi ustalığı yüksək olan futbolçular özlərini yaxşı tərəfdən göstərirlər. Bu da “Neftçi”nin gücündən xəbər verir. Flavinyo kimi futbolçuların oyunu izə azarkeşlərin zövqünü oxşayır. (Mənbə: Lent.az)
Arda Güler üzr istədi
Arda Güler tarix yazır
Mayami şirkəti Lionel Messini məhkəməyə verdi
"Barselona" həm də antirekordla yadda qaldı
PSJ-nin zədəli futbolçularından xəbər var
Yamal, Yıldız, Emeri ...
"Çelsi" onu göndərməyə hazırlaşır
Rafinya "Atletiko" azarkeşlərindən üzr istədi
Çempionlar Liqasının yarımfinal matçını buraxa bilərlər
Hakimə etirazına görə cəzalandırıldı
Azərbaycan millisi yenə qazaxlara uduzdu
"Liverpul"un hücumçusu mövsümü başa vurdu
"Roma"dan ayrılıb "Milan"a keçmək istəyir
"Barselona" yenidən UEFA-ya şikayət edəcək
1-ci liqada 22-ci tur başladı
Bu nə qoldur belə?! - Video
Lokatelli qalır, ya gedir?
1-ci liqada 5 oyunun vaxtı məlum oldu
"Beşiktaş"ın futbolçusu əməliyyat olundu
Azərbaycan milliləri “Zəfər Kuboku”nda ikinci oldu
Slot ÇL-lə vidalaşmaqlarından danışdı
UEFA Rafinyanı cəzalandıra bilər
Hacı Əliyev mayor rütbəsi aldı
2-ci liqada altılıq sisteminin təqvimi açıqlandı
AFFA "Qarabağ"ı cərimələdi
Azərbaycan şahmatçısı Avropada liderliyə yüksəldi
"Topsuz da oynaya bildiyimizi göstərdik” - Luis Enrike
"Qızlar rəqibi topsuz saxladılar" - Siyasət Əsgərov
ÇL-in oyunları bu kanallarda
"Liverpul" "Enfild"də də PSJ ilə bacarmadı - Video
Simeonedən qələbə şərhi
PSJ və "Atletiko" yarımfinalda! - ÇL-də nəticələr
Azərbaycan millisi Andorraya qalib gəldi