"Azərbaycana gəlişimdə əsas məqsədim qardaşım Emilə baş çəkmək və sizin ölkənin futbolu ilə yaxından tanış olmaqdır". Qol.Az-ın məlumatına görə, bunu "Neftçi"nin rəsmi saytına açıqlamasında Belçika yığmasının sabiq futbolçusu Mbo Mpenza deyib.
"Neftçi"nin dəvəti ilə ölkəmizə təşrif buyuran 35 yaşlı veteran hücumçu Azərbaycan futbolu haqqında danışıb: "5 il əvvəllə müqayisə etsək, Azərbaycan futbolunda peşəkarlıq baxımından böyük inkişaf var. Futbolçular çox çalışırlar. İndi onların əziyyətinin nəticəsini görmək olar. Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsində ötən ay Belçika ilə görüşünü izlədim. Düzdür, hazırda azərbaycanlı futbolçuların Belçikaya qalib gəlmələri real görünmür. Amma bu, heç də mümkünsüz iş deyil. Yaxın zamanlarda Azərbaycan milli komandası Belçikanı məğlub etmək iqtidarında olacaq. Eyni zamanda "Neftçi"də də çox yaxşı şərait var. Bu komanda Azərbaycan çempionatında ilk pillədə qərarlaşıb. Fikrimcə, mövsümün sonunda qızıl medallar məhz "Neftçi"yə qismət olacaq".
Mbo Mpenza qardaşı Emilin "ağ-qaralar"a transferi ilə bağlı fikirlərini də bildirib: "Açığı, Emilin "Neftçi"yə keçmək variantını eşitdikdə çox təəccübləndim və ondan Azərbaycana yollanmağa əmin olub-olmadığını soruşdum. Emil isə dedi ki, mən ciddi bir kluba, qarşısına çempionluq məqsədi qoyan komandaya gedirəm. O, titul qazanmağı çox sevir. Sevinirəm ki, qardaşım "Neftçi"də çox uğurla çıxış edir və çempionluq mübarizəsində komandaya yardımçı olur".
Qeyd edək ki, "Sportinq", "Qalatasaray", "Anderlext" klublarının şərəfini qorumuş Mbo Mpenza "Neftçi"yə qarşı da oynayıb. O, 2005/06 mövsümündə "Anderlext"in şərəfini qoruyarkən Çempionlar Liqasının ikinci təsnifat mərhələsində flaqmanla qarşılaşıb.
Onu da bildirək ki, 2007-ci ildə zədə ucbatından karyerasını başa vuran Mbo Mpenza hazırda öz ölkəsində "Be TV", RTL telekanallarında, eləcə də BEL və RTL radiokanallarında şərhçi kimi fəaliyyət göstərir.
UEFA-dan AFFA-ya məktub
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi
Şahruddin Almaniyada əməliyyat olundu
"Liverpul"un futbolçusu "Tottenhem"lə oyunu buraxacaq
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Mançester Yunayted"də qalır
İdman jurnalistləri arasında intellektual yarış keçirilib
Tiaqo Silva klubundan ayrıldı
"Milan" "Vest Hem"in hücumçusunu transfer edir
İngiltərə kubokunda yarımfinal cütləri məlum oldu
"Maynts" – "Samsunspor" oyununu yayımlayacaq kanallar
Mariya Stadnik "Yanıq Kərəmi"nə oynadı - Video
Misli.az-da ardıcıl 2 böyük uduş!
Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
Ançelottinin oğlu istefa verdi
"Mançester Siti" yarımfinalda
PSJ Qitələrarası Kuboku qazandı