Bu gün Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində keçirilən son 3 oyunu da yekunlaşıb. Qol.Az-ın məlumatına görə, ilk "6-lıq"da yer alan "Neftçi" növbəti qələbəsini AZAL üzərində qazanıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə hesabı matçın əvvəllərində AZAL açıb. Zohair Benuahi standart vəziyyətdən ötürülən topu başla qapıdan keçirib.
İlk yarıda "Neftçi"nin baş məşqçisi Arif Əsədov dəyişikliyə əl atıb. O, Mirhüseyn Seyidovun əvəzinə Cavid Hüseynovu meydançaya buraxıb. Bu əvəzləmə ikinci yarının əvvəllərində bəhrəsini verib. Flaqman 2 dəqiqəyə 2 qol vurub. Əvvəlcə Rəşad Abdullayev, sonra isə Emil Mpenza fərqlənib.
Beləliklə, 2:1 hesabı ilə qalib gələn "Neftçi" çempionluğa doğru inamlı addım atıb. Arif əsədovun komandası sona 5 tur qalmış ən yaxın izləyicisi "Xəzər Lənkəran"ı 8 xal qabaqlayıb. AZAL isə 4-cü pillədə qalıb. Digər tərəfdən, 5-ci pillədəki "İnter" də ardıcıl ikinci mövsüm çempionluq şansını rəsmən əldən verib.
Digər görüşlərə gəldikdə, ikinci "6-lığ"ın autsayderləri "Simurq"la "Muğan" növbəti məğlubiyyətlə üzləşiblər.
"Simurq" Qəbələdə eyniadlı komanda ilə görüşdə darmadağın olub. Bu qələbə ilə "Qəbələ" 7-ci pillədəki yerini möhkəmlədib. MOİK isə "Bakı"nın bazasında qəbul etdiyi "Gəncə"yə yenilib. Bununla da "Gəncə" Mehman Allahverdiyevin rəhbərliyi altında 3-cü oyununda ilk qələbəsini əldə edib. Lakin bu oyunların nəticələri heç bir komandanın mövqeyində dəyişikliyə səbəb olmayıb.
27-ci tura aprelin 16-da start verilib. İlk oyun günündə əsas "altılığ"ın 3 qarşılaşmasından 2-si baş tutub.
Meydana ilk öncə ikinci "altılıq" komandaları "Muğan" və "Turan" klubları çıxıb. Son turda "Gəncə" ilə bərabərə qalan "Muğan" bu görüşdə 3 xal qazanmaqla "Qəbələ" ilə arasındakı xal fərqini azaltmaq niyyətində idi. Salyan təmsilçisi bu işin öhdəsindən layiqincə gəlib. Matçın ilk hissəsində "Turan" klubu hesabı açsa da, "Muğan" futbolçuları 2 qol vurmaqla oyundan qalib ayrılıb.
Günün digər qarşılaşmasında isə ilk "altılığ"ın sonuncusu olan "Bakı" öz meydanında "Qarabağ"ı qəbul edib. "Bakı"nın artıq çempionluq şansı qalmasa da, "Qarabağ"ı bu oyunda yalnız 3 xal qane edirdi. Lakin Qurban Qurbanovun komandasının bütün cəhdlərinə baxmayaraq bu oyunda hesab açılmayıb. Müdafiədə diqqətli oynayan "Bakı" bu görüşdən 1 xalla ayrılıb. "Qarabağ" isə bu gün vacib 2 xal itirməklə çempionluq yolunda ağır zərbə alıb.
Turun mərkəzi qarşılaşması isə Lənkəranda baş tutub. Burada yerli komanda son ölkə çempionu "İnter"i qəbul edib. Lider "Neftçi"dən 6 xal geri qalan "Xəzər Lənkəran"ı bu oyunda yalnız 3 xal qane edirdi. Lakin Mirça Rednikin komandası "İnter"lə bacarmayıb. Lənkəran təmsilçisi ilk hissədə Parksın qolu ilə hesabda önə keçsə də, Odikadzenin qoluna mane ola bilməyib. Bununla da, "İnter"lə oyunda vacib 2 xal itirən "Xəzər Lənkəran" çempionluq yolunda ağır zərbə alıb.
17 aprel
15:00. MOİK - "Gəncə" - 0:2
Qollar: Armand Feutçine, 3 (0:1). Sabir Allahquliyev, 18 (0:2)
Hakimlər: Hacıəli Ağayev, Coşqun Həsənov, İsgəndər Əliyev, Ceyhun Haşımov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Qurban Məmmədov
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu.
15:00. "Qəbələ" - "Simurq" - 3:0
Qol: Milan Antiç, 34 (1:0). Lyuba Baranin, 55 (2:0). Kristian Torres, 89 (3:0)
Hakimlər: Vüsal Əliyev, Aydın Ələkbərov, Knyaz Əmiraslanov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Şahin Cəfərov
Qəbələ şəhər stadionu.
16:00. "Neftçi" - AZAL - 2:1
Qol: Zohair Benuahi, 6 (0:1). Rəşad Abdullayev, 49 (1:1). Emil Mpenza, 50 (2:1)
Hakimlər: Ramil Diniyev, Ramiz Əsədov, İlham Əliyev, Fariz Yusifov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Füzuli Nəcəfov
Tofiq Bəhramov adına Respublika stadionu.
16 aprel
19:00. "Xəzər Lənkəran" - "İnter" - 1:1
Qollar: Uinston Parks, 17 (1:0), David Odikadze, 31 (1:1)
Hakimlər: Rövşən Əhmədov, Mehman Mahmudov, Elşən Acalov, Teymur Fərhadov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Kərim Ağayev
Lənkəran şəhər mərkəzi stadionu.
18:00. "Bakı" - "Qarabağ" - 0:0
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Nüvər Xasıyev
Tofiq Bəhramov adına Respublika stadionu.
15:00. "Muğan" - "Turan" - 2:1
Qollar: Cavid Tağıyev, 3 (0:1), Samuel Barlay, 12 (1:1), Angel Gutierrez, 20 (2:1)
Hakimlər: Anar Salmanov, Samir Hacıyev, Zeynal Zeynalov, Alik Yunusov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Əli Hüseynov
"Şəfa" stadionu.
Turnir cədvəli
| Komanda | O | Q | H | M | Qollar | Xallar | |
| 1 | Neftçi | 27 | 17 | 8 | 2 | 47-12 | 59 |
| 2 | Xəzər Lənkəran | 27 | 14 | 9 | 4 | 30-15 | 51 |
| 3 | Qarabağ | 27 | 15 | 5 | 7 | 33-16 | 50 |
| 4 | AZAL | 27 | 12 | 9 | 6 | 31-19 | 45 |
| 5 | İnter | 27 | 12 | 7 | 8 | 27-22 | 43 |
| 6 | Bakı | 27 | 9 | 9 | 9 | 29-24 | 36 |
| 7 | Qəbələ | 27 | 11 | 9 | 7 | 28-17 | 42 |
| 8 | Muğan | 27 | 9 | 8 | 10 | 21-28 | 35 |
| 9 | Gəncə | 27 | 6 | 11 | 10 | 27-31 | 29 |
| 10 | Turan | 27 | 6 | 6 | 15 | 21-39 | 24 |
| 11 | Simurq | 27 | 3 | 6 | 18 | 15-43 | 15 |
| 12 | MOİK | 27 | 2 | 5 | 20 | 9-52 | 11 |
UEFA-dan AFFA-ya məktub
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi
Şahruddin Almaniyada əməliyyat olundu
"Liverpul"un futbolçusu "Tottenhem"lə oyunu buraxacaq
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Mançester Yunayted"də qalır
İdman jurnalistləri arasında intellektual yarış keçirilib
Tiaqo Silva klubundan ayrıldı
"Milan" "Vest Hem"in hücumçusunu transfer edir
İngiltərə kubokunda yarımfinal cütləri məlum oldu
"Maynts" – "Samsunspor" oyununu yayımlayacaq kanallar
Mariya Stadnik "Yanıq Kərəmi"nə oynadı - Video
Misli.az-da ardıcıl 2 böyük uduş!
Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
Ançelottinin oğlu istefa verdi
"Mançester Siti" yarımfinalda
PSJ Qitələrarası Kuboku qazandı