"Bakı" ilə oyun ərəfəsində "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov fikirlərini açıqlayıb.
Rəqibi güclü komanda kimi xarakterizə edən mütəxəssis, qələbənin vacibliyini qeyd edib: "İlk altılıq"da asan oyun yoxdur. "Bakı"nın digər rəqiblərlə müqayisədə xalı az olsa da, bu komanda ən yaxşılardan biridir, kubokda mübarizəni davam etdirir. Rəqib təhlükəli hücumlar təşkil edir. Buna görə də bizi qarşıda çox ağır oyun gözləyir". Son iki turda xal itkisinə baxmayaraq, baş məşqçi komandasında vəziyyətin qaydasında olduğunu bildirib: "Komandam son iki oyunda qələbə qazana bilmir, qızıl xalllar itirmişik. İddialı klublardan "Neftçi"yə məğlub olub, "Xəzər Lənkəran"la heç-heçə ilə kifayətlənmişik. Bununla belə, həvəsdən düşmək olmaz. Qarşıdakı görüşdə mütləq qalib gəlməliyik. Bunun üçün futbolçularımız əllərindən gələni edəcəklər".
Çempion olmaq istəklərindən əl çəkmədiklərini söyləyən Q.Qurbanov sona kimi mübarizə aparacaqlarını vurğulayıb: "Əsas məqsədimiz Avropa miqyaslı yarışa vəsiqə qazanmaqdır. Ancaq birinci yeri tutmaq şansımız da qalır. Əgər belədirsə, niyə çempionluq haqda düşünməyək?! Doğrudur, liderlə 7 xal fərqi az deyil. Bunu aradan qaldırmaq çətindir. Lakin komandamız bütün oyunlara ciddi hazırlaşıb, sona kimi mübarizə aparacaq. Hər oyunda bacardıqca qələbə qazanıb yuxarı pilləyə qalxmalıyıq".
Baş məşqçi "Qarabağ"ın "Neftçi"yə oyun satması ittihamını qəbul etmir: "Belə söz-söhbətlər boş şeylərdir və biz buna fikir vermirik. Yəni, kim nə danışır, nə edir. Bu ittiham qəbulolunmazdır. İndiyə qədər biz nə oyun almamışıq, nə də satmamışıq. Bu fikirlərdən tamamilə uzaqlaşmaq lazımdır. "Neftçi"nin qələbəsinə də kölgə salmaq olmaz. Digər tərəfdən, komandamız rəqibinə qarşı pis oynamadı. "Neftçi" qol imkanlarından istifadə etsə də, "Qarabağ" bundan yararlana bilmədi. Bir daha bəyan edirəm ki, söz-söhbətlər boş şeylərdir. Oyun isə 15 gün əvvəl olub, o söhbətlərə qayıtmasaq, daha yaxşı olar".
Mənbə: supersport.az
Arda Güler üzr istədi
Arda Güler tarix yazır
Mayami şirkəti Lionel Messini məhkəməyə verdi
"Barselona" həm də antirekordla yadda qaldı
PSJ-nin zədəli futbolçularından xəbər var
Yamal, Yıldız, Emeri ...
"Çelsi" onu göndərməyə hazırlaşır
Rafinya "Atletiko" azarkeşlərindən üzr istədi
Çempionlar Liqasının yarımfinal matçını buraxa bilərlər
Hakimə etirazına görə cəzalandırıldı
Azərbaycan millisi yenə qazaxlara uduzdu
"Liverpul"un hücumçusu mövsümü başa vurdu
"Roma"dan ayrılıb "Milan"a keçmək istəyir
"Barselona" yenidən UEFA-ya şikayət edəcək
1-ci liqada 22-ci tur başladı
Bu nə qoldur belə?! - Video
Lokatelli qalır, ya gedir?
1-ci liqada 5 oyunun vaxtı məlum oldu
"Beşiktaş"ın futbolçusu əməliyyat olundu
Azərbaycan milliləri “Zəfər Kuboku”nda ikinci oldu
Slot ÇL-lə vidalaşmaqlarından danışdı
UEFA Rafinyanı cəzalandıra bilər
Hacı Əliyev mayor rütbəsi aldı
2-ci liqada altılıq sisteminin təqvimi açıqlandı
AFFA "Qarabağ"ı cərimələdi
Azərbaycan şahmatçısı Avropada liderliyə yüksəldi
"Topsuz da oynaya bildiyimizi göstərdik” - Luis Enrike
"Qızlar rəqibi topsuz saxladılar" - Siyasət Əsgərov
ÇL-in oyunları bu kanallarda
"Liverpul" "Enfild"də də PSJ ilə bacarmadı - Video
Simeonedən qələbə şərhi
PSJ və "Atletiko" yarımfinalda! - ÇL-də nəticələr