Premyer Liqanın son turunda keçirilən “İnter” - “Neftçi” matçından sonra “İnter” rəhbərliyi hakimlərin flaqmanın lehinə qərarlar verməsi, onları qələbədən məhrum etməsi barədə fikirlər səsləndimişdi.
“Neftçi” PFK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu isə Qol.Az saytına açıqlamasında “İnter” rəsmilərinin səsləndirdiyi fikirlərin cəfəngiyyat olduğunu bildirmişdi. Buna baxmayaraq, “İnter” fan klubunun saytında Elnur Əşrəfoğluna cavab xarakterli məqalə dərc olunub.
“Neftçi” PFK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu «İnter»li azarkeşlərin fikirləri ilə bağlı Qol.Az-a bunları deyib: “Əvvəla onu bildirim ki, “İnter” fan klubu deyilən anlayış yanlışdır. Çünki “İnter”in oyunlarında tribunada muzdla tutulmuş bir neçə nəfər oturur. Onların da oyun zamanı nə qışqırdıqlarını, nə dediklərini “İnter”in futbolçularından demək olar, heç kim başa düşmür. Onlar “İnter”li futbolçuların heç birini tanımırlar. Mən “İnter”in ölkəmizdəki fanatlarını tanıyıram, hətta onların arasında dostlarım da var. Söhbət Bakının yox, Milanın “İnter” klubundan gedir. Azərbaycanın “İnter” komandası isə stadiona gələn bir neçə nəfərin ümidinə qalıb. Bu klubu ürəkdən sevən hansısa futbol həvəskarı tapmaq müşkül məsələdir. Buna görə “İnter” fan klubu” anlayışı qondarmadır. Yəni, bu ifadə kağız üzərindədir. Hamı çox gözəl bilir ki, “İnter” fan klubunun saytı deyilən veb-səhifə klub prezidenti Georgi Nikolovun söz tribunasıdır. Bu isə o deməkdir ki, fan klubun saytında dərc olunan məqalədə yazılanlar azarkeşlərin deyil, məhz Nikolovun sözləridir. Mən də cavabımı Georgi Nikolov və Kaxaber Sxadadzeyə ünvanlayıram.
Georgi Nikolov, AzTV-dən qovulduğumu iddia edirsiniz. Lakin bir azca maraqlanmağınız kifayətdir ki, mənim AzTV-dən qovulmadığımı, həmin telekanalı öz xahişimlə tərk etdiyimi biləsiniz. Heç siz də “İnter”in prezidenti postunda əbədi deyilsiniz. Günlərin birində bu vəzifəni öz xahişinizlə tərk etsəniz, bu, qovulmaq anlamına gəlməyəcək. Həm də mənim AzTV-də müəllifi olduğum verilişlər, olimpiada, dünya və Avropa çempionatlarından hazırladığım reportajlar, eləcə də Azərbaycan futbolunun ağır günlərində beynəlxalq və Avropa futbol təşkilatlarının rəhbərlərindən götürdüyüm eksklüziv müsahibələr bir tarixdir və bu tarixi materiallar hazırda da televiziyanın qızıl fondunda qorunur. Bəs siz Azərbaycan idmanı, futbolu üçün nə etmisiniz? Tarixdə nə ilə qalacaqsınız? Ötən mövsüm prezidenti olduğunuz “İnter” “Neftçi”nin sayəsində çempion oldu. Məhz “Neftçi”nin son turda “Qarabağ”la heç-heçə etməsi, sizə qızıl medallar qazandırdı. Bu yerdə məşhur Azərbaycan filmi olan “Ulduz”dan Bayram kişinin kolxoz sədri Qədirə dediyi sözlər yadıma düşür: “Vaxt var idi Əliş kişiyə “atam” deyirdin, indi nə oldu?”...
İndi isə keçək bico Kaxaya. Əslində, mən o cavabı “İnter”in baş məşqçisinin məntiqsiz fikirlərindən sonra bildirdim. Sxadadze deyirdi ki, guya “İnter”i gözəl futbol oynamağa hakim qoymayıb. Hamı da gördü ki, “İnter” meydanda futbol oynamırdı, futbolçular yerə yıxılaraq, dəqiqələrlə orada uzanıb qalırdılar. Bundan sonra məşhur yorğan-döşək məsələsi ortaya çıxdı. Bicoya da bütün gürcülərin ən çox sevdiyi “Əsgər atası” (“Otets soldata”) filmindən misal çəkmək istəyirəm. Silah-sursatsız olan ata Maxaraşvili müharibənin qızğın vaxtında bir alman əsgərinin üzərinə yeriyərək deyir: “Eeeeeyyy, podojdi!”. Sonra da nemesin təpəsinə birini vuraraq, silahını alır. Yəni, ay Kaxa, sən də bundan sonra müsahibə verəndə danışdıqlarına fikir ver”.
Sonda Elnur Əşrəfoğlu “Neftçi”nin tutduğu yolun düzgün olduğunu və hazırda flaqmanın Premyer Liqanın turnir cədvəlində birinci pillədə qərarlaşmasını ədalətli saydığını bildirdi. O vurğuladı ki, qızıl medallara ən real namizəd olan “Neftçi”nin uğurunu bir çoxlarının gözü götürmür: “Neftçi”də rəhbərlikdən tutmuş sıravi işçilərə qədər vahid ailədir. Və inanıram ki, bu ailə tezliklə çempionluq sevincini yaşayacaq!”.
Arda Güler üzr istədi
Arda Güler tarix yazır
Mayami şirkəti Lionel Messini məhkəməyə verdi
"Barselona" həm də antirekordla yadda qaldı
PSJ-nin zədəli futbolçularından xəbər var
Yamal, Yıldız, Emeri ...
"Çelsi" onu göndərməyə hazırlaşır
Rafinya "Atletiko" azarkeşlərindən üzr istədi
Çempionlar Liqasının yarımfinal matçını buraxa bilərlər
Hakimə etirazına görə cəzalandırıldı
Azərbaycan millisi yenə qazaxlara uduzdu
"Liverpul"un hücumçusu mövsümü başa vurdu
"Roma"dan ayrılıb "Milan"a keçmək istəyir
"Barselona" yenidən UEFA-ya şikayət edəcək
1-ci liqada 22-ci tur başladı
Bu nə qoldur belə?! - Video
Lokatelli qalır, ya gedir?
1-ci liqada 5 oyunun vaxtı məlum oldu
"Beşiktaş"ın futbolçusu əməliyyat olundu
Azərbaycan milliləri “Zəfər Kuboku”nda ikinci oldu
Slot ÇL-lə vidalaşmaqlarından danışdı
UEFA Rafinyanı cəzalandıra bilər
Hacı Əliyev mayor rütbəsi aldı
2-ci liqada altılıq sisteminin təqvimi açıqlandı
AFFA "Qarabağ"ı cərimələdi
Azərbaycan şahmatçısı Avropada liderliyə yüksəldi
"Topsuz da oynaya bildiyimizi göstərdik” - Luis Enrike
"Qızlar rəqibi topsuz saxladılar" - Siyasət Əsgərov
ÇL-in oyunları bu kanallarda
"Liverpul" "Enfild"də də PSJ ilə bacarmadı - Video
Simeonedən qələbə şərhi
PSJ və "Atletiko" yarımfinalda! - ÇL-də nəticələr