Premyer Liqanın bombardirləri siyahısına başçılıq edən «Neftçi»nin hücumçusu Bahadır Nasimov uzun müddətdir qol vurmamasının səbəbləri barədə danışıb. Qol.Az-ın müxbiri ilə söhbətində o etiraf edib ki, oyunlarda xeyli qol imkanı yaxalasa da, bundan istifadə edə bilmir: «Amma əsas odur ki, oyunda «Neftçi» qələbə qazansın. Mənim qol vurub-vurmamağımın önəmi yoxdur. Hazırda komandamız birinci yerdə gedir».
Özbəkistanlı futbolçu müəyyən zamana ehtiyacı olduğunu, bundan sonra hər şeyin yoluna düşəcəyini söyləyib.
Bahadır Nasimov qeyd edib ki, çempionatın ilk hücumçuyla oynayıblar, bu da onun üçün rahat olub: «Həm bura yeni gəldiyimdən rəqib müdafiəçilər məni yaxşı tanımırdı. Öyrənəndən sonra isə hər oyunda məni iki müdafiəçi izləyirdi. Bəzən isə müdafiə xəttinin hamısı məni nəzarətə götürür, bu da qol vurmağıma əngəl yaradıı. Hazırda həm də bir hücumçulu sistemlə oynayırıq. Ola bilsin bu da təsirsiz ötüşmür».
Nasimov Emil Mpenzanın zədələnəkərək sıradan çıxmasının da onun qol vura bilməməsinə ətsir etdiyini düşünür: «Biz onunla bir-birimizi yaxşı başa düşürdük. İkinci dövrədə onun yoxluğu mənə də qol vurmaq baxımından problem yaratdı. Lakin Mpenza get-gedə əvvəlki formasına qayıdır. İnanıram ki, bu, mənim qol vurmağına kömək edəcək».
«Neftçi»nin çempionluq şansı barədə də danışan Nasimov düşünür ki, hələlik birincilik haqda danışmaq tezdir: «Bundan sonra 6 tur var. Ancaq bütün rəqiblərimizdən 3 xal almaq əzmindəyik».
Bahadır Nasimov bu turda qarşılaşacaqları AZAL haqda da danışıb: «Onların son turda “Bakı” ilə oyunlarını izləmişəm. Rəqib müdafiədə çox güclüdü, həm də intizamlı komandadı. Düşünürəm ki, “Neftçi” üçün çox çətin olacaq. Lakin qələbəni əldən buraxmaq istəmirik. Kollektiv oyun göstərdiyi üçün “təyyarəçi”lərin hansısa mövqelərini fərqləndirməzdim. Sadəcə, rəqibimizin sağ cinah müdafiəçisi Usim Ndukanı qeyd etmək istərdim. O, topla çox gözəl davranır. Bu da onun üstün xüsusiyyətidir».
Alleqri və Poçettino...
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər
"Çelsi" Kaysedo ilə müqaviləni uzatdı
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı
Azərbaycan millisi Gürcüstana da məğlub oldu
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
AFFA -da Premyer Liqa klubları üçün seminar
“Liverpul” köklü islahata hazırlaşır
Mundiallar tarixində ilk - İnfantino açıqladı
Rusiyanın rəqibləri arasında Azərbaycan millisi də var
"Qarabağ" azarkeşlərə müraciət etdi
"Barselona" qərar verib, Flik "gözlə" deyir
"Braqa"dan əla geridönüş - Video
Arda Turandan möhtəşəm uğurdan sonra açıqlama
Konfrans Liqasının bütün yarımfinalçıları
Avroliqa: Yarımfinala hansı klublar adladı?
Turun mərkəzi oyunundan - Video
Konfrans Liqasının ilk yarımfinalçısı müəyyənləşdi