Aprelin 3-də “Neftçi” və “Qarabağ” arasında keçirilmiş futbol üzrə Unibank Premyer Liqasının oyunu zamanı Tofiq Bəhramov adına Respublika stadionunda iki komanda azarkeşlərinin olduğu sektorlarda sındırılan 315 oturacaq arenanın daxili imkanları hesabına dəyişdiriləcək.
Bu haqda Lent.az-a stadionun direktoru Akif İsmayılov məlumat verib. İsmayılov “Neftçi”nin prezidenti Sadıq Sadıqov və “Qarabağ”ın baş direktoru Əmrah Çəlikəllə danışıqlardan sonra belə qərara gəldiyini bildirib. Onun sözlərinə görə, klub rəsmiləri bu jestin qarşılığında öz fan-klubları ilə maarifləndirmə işi aparacaqlarına söz veriblər: “Mən Sadıqov və Çəlikəllə söhbətdən sonra qərara gəldim ki, “Neftçi” və “Qarabağ”dan vəsait almayaq. Bir şərtlə ki, onlar stadionumuzda oyun zamanı belə halların təkrarlanmamasına kömək etsinlər. Yəni, öz fan-klubları ilə söhbət aparsınlar ki, oyun vaxtı oturacaqların üstünə çıxıb qışqırmaq, onları pis vəziyyətə salmaq olmaz. Oyunlardan sonra isə klub rəsmiləri ilə birgə öz azarkeşlərinin olduğu sektorlara yaxınlaşaraq, oturacaqların vəziyyətinə nəzər yetirəcəyik. Yenə sınıq oturacaq aşkarlasaq, bunu hansı klubun azarkeşlərinin törətdiyinə şahid olacağıq. O zaman müvafiq tədbir görülməsi üçün AFFA İntizam Komitəsi qarşısında məsələ qaldıracağıq”.
Qeyd edək ki, “Neftçi” – “Qarabağ” matçında yerli fanatların 163, qonaq azarkeşlərin isə 152 oturacaq sındırdıqları açıqlanıb. Bu səbəbdən, aprelin 5-də keçirdiyi iclasında AFFA İntizam Komitəsi qərara gəlib ki, hər iki klub dəymiş zərərə uyğun olaraq, Respublika stadionu rəhbərliyinin təqdim edəcəyi hesab əsasında ödəmə etsin.
"Roma" səfərdə "Lans"ı məğlub etdi
"Şamaxı" növbəti transferini rəsmiləşdirdi
Ruben Amorim: "Komandamız əla formadadır"
"Çempionlar Liqasını qazanmaq mənim şəxsi məqsədimdir"
Messinin mühafizəçisi matçlardan uzaqlaşdırıldı - Şəkillər
"Qəbələ" - "İmişli" matçında 5 qol vuruldu
"Turan Tovuz" Albaniya klubuna uduzdu
"Bavariya" yoxlama oyununda "Lion"u məğlub etdi
"Fənərbaxça" Aktürkoğlunu hədəflədi
"Milan", "Borussiya" və "Ayaks" onunla maraqlanır
"Arsenal"ın sabiq qapıçısı rəsmən "Nyukasl"da
Mahir Emreli: "Məqsədimiz mövsümü ilk 3-lükdə bitirməkdir"
"Çelsi" onunla yollarını ayırmağa hazırlaşır
"Bavariya"nın bu futbolçusu gözündən zədə aldı
Dadaşovun komandasından məğlubiyyət
"Karvan" "Ayaks"ın sabiq futbolçusunu transfer etdi
Haaland: "Heç vaxt dünya çempionu ola bilməyəcəyik"
"Roma" yeni futbolçu aldı
"Bavariya" yeni formasını təqdim etdi - Şəkillər
"İnter" yenə "yox" cavabı aldı
Tanınmış futbolçu 29 yaşında karyerasını başa vura bilər
"Liverpul"la razılaşdı
“Sabah” və “Araz Naxçıvan” üçün “pley-off”da potensial rəqiblər - “Böyük beşlik”dən də komandalar var
10 illik dövr başa çatdı - "Tottenhem"dən getdi
“Levski”nin rəhbəri “Sabah”dan danışdı
“Ayaks” İsrail millisinin üzvünü transfer etdi
Güləşçimiz dünya çempionatında finala yüksəlib
Alonso seçim arasında qaldı
Millimizin Çexiya ilə oyununun yeri və vaxtı bilindi
"İmişli" braziliyalı oyunçunu transfer etdi - Rəsmi
PSV Çempionşipdən onu transfer etdi
Hakimi 15 ilədək həbs oluna bilər
"Neftçi"nin Kipr klubu ilə oyununda 4 qol
"Biz "Real"dan daha çox gücləndik"
"Aris"lə oyunda xarakter göstərdik" - Patrik Andrade
AFFA-da bu vəzifənin icrası ona tapşırıldı