2-ci liqa klubuna texniki məğlubiyyət verildi

2-ci liqa klubuna texniki məğlubiyyət verildi
ÖLKƏ FUTBOLU 20 Sentyabr 2024 / 16:23 985
-  A +

AFFA 2-ci liqada çıxış edən “Göygöl” komandasına texniki məğlubiyyət (0:3) verib.

QOL.az xəbər verir ki, İntizam Komitəsinin bugünkü iclasında bu haqda qərar qəbul olunub..

Buna səbəbə 3-cü turda “Şəmkir”lə oyunun 83-cü dəqiqəsində “Göygöl”ün heyətində adı matçın protokolunda olmayan Araz Quliyevin meydana çıxması olub. Həmçinin, “Göygöl” klubu 400 manat cərimələnib. Komanda 5 futbolçusu sarı vərəqə aldığına görə 70, oyunöncəsi iclasda polis nümayəndəsi iştirak etmədiyi üçün 80 manat cərimələni

Qeyd edək ki, sentyabrın 16-da keçirilən "Göygöl" - "Şəmkir" matçı qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Son xəbərlər