“Qarabağ” qələbə qazandı, “Neftçi”nin uğursuz seriyası davam etdi

“Qarabağ” qələbə qazandı, “Neftçi”nin uğursuz seriyası davam etdi
PREMYER LİQA 20 Sentyabr 2024 / 21:54 13244
-  A +

Bu gün Misli Premyer Liqasında 7-ci tur start götürüb.

QOL.az xəbər verir ki, ilk gündə 2 matç keçiriləcək. Əvvəlcə "Kəpəz" "Şamaxı" ilə qarşılaşıb. Matçda "Şamaxı" 2:0 hesabı ilə qalib gəlib.

Günün 2-ci oyununda "Azersun Arena"da əzəli rəqiblər üz-üzə gəlib. Azərbaycan derbisində son çempion "Qarabağ" "Neftçi"ni qəbul edib. Görüş "Qarabağ"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

“Qarabağ” ardıcıl 5 qələbəsini qazanıb. “Neftçi” isə bu mövsüm qələbəsizlik seriyasını 7-yə çatdırıb. Ağdam klubu bugünkü qalibiyyəti sayəsində liderliyə yüksəlib.

Qeyd edək ki, tura 21 və 22 sentyabr tarixlərində keçiriləcək oyunlarla yekun vurulacaq. 

Misli Premyer Liqası, 7-ci tur

20 sentyabr

20:00. “Qarabağ” – “Neftçi” - 4:0

Qollar: Robert Bauer, 18 - avtoqol (1:0), Juninyo, 29 (2:0), Yassin Benzia, 45+2 (3:0), Leandro Andrade, 90+1 (4:0)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
Azərsun Arena

17:00.“Kəpəz” – “Şamaxı” - 0:2

Qol: Brahim Konate, 16, Giorgi Kantaria, 19
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı
Tovuz şəhər stadionu

21 sentyabr

18:00. “Turan Tovuz” – “Araz-Naxçıvan”
Hakimlər: 
Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov
Tovuz şəhər stadionu

22 sentyabr

18:00. “Səbail” – “Sabah”
Hakimlə
r: Kamal Umudlu, Vüsal Məmmədov, Eyyub İbrahimov, Kamran Əliyev
ASCO Arena

20:30. “Sumqayıt” – “Zirə”
Hakimlər: 
İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov
Mehdi Hüseynzadə adına stadion

N Klublar O Q H M T-F X
1 Qarabağ 6 5 0 1 16-4 15
2 Turan Tovuz 6 4 2 0 8-2 14
3 Sabah 6 3 2 1 12-9 11
4 Şamaxı 6 3 2 1 6-3 11
5 Araz-Naxçıvan 5 3 1 1 5-5 10
6 Zirə 5 3 0 2 9-5 9
7 Sumqayıt 6 2 0 4 5-7 6
8 Səbail 6 1 1 4 8-10 4
9 Neftçi 7 0 4 3 2-10 4
10 Kəpəz 7 0 0 7 2-18 0

Bombardirlər:

Cesse Sekidika ("Sabah") - 4 qol
Davit Volkov ("Zirə") - 3 qol
Coy Lens Mikels ("Sabah") - 3 qol
Leandro Andrade ("Qarabağ") - 3 qol

Daha çox


Son xəbərlər