Avropa Liqası: Portuqaliyanın 3 klubu yarımfinalda! (YENİLƏNİB)

Avropa Liqası: Portuqaliyanın 3 klubu yarımfinalda! (YENİLƏNİB)
DÜNYA FUTBOLU 15 Aprel 2011 / 01:57 4250
-  A +

Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, qarşılaşmaların yekununda Portuqaliyanın 3 klubu turnirin 4 ən güclüsü sırasına yüksəlib.  

İlk görüşdə rəqiblərini böyük hesabla məğlub edən "Benfika", "Porto", "Vilyareal", eləcə də sərfəli nəticəyə nail olan "Braqa" yarımfinala vəsiqə qazanıb. Ən çox maraq doğuran qarşılaşmanın Portuqaliyada yerli "Braqa" ilə Kiyev "Dinamo"su arasında olacağı gözlənilsə də, bu, qol vurulmayan yeganə qarşılaşma olub. Bu komandalar arasındakı ilk qarşılaşma 1:1 hesabı ilə başa çatdığından növbəti mərhələyə "Braqa çıxıb.

Yarımfinalda "Braqa" (Portuqaliya) - "Benfika" (Portuqaliya) və "Portu" (Portuqaliya) - "Vilyarreal" (İspaniya) matçları keçiriləcək. İlk oyunlar aprelin 28-də, cavab qarşılaşmaları isə mayın 5-də olacaq.  


14 aprel

1/4 final mərhələsi (cavab görüşləri)

22.00. "Spartak" (Moskva, Rusiya) - "Porto" (Portuqaliya) - 2:5 
Qollar:
Halk, 28 (0:1). Kristian Rodriges, 45 (0:2). Freddi Quarin, 47 (0:3). Artyom Dzyuba, 52 (1:3). Radamel Falkao, 54 (1:4). Ari, 72 (2:4). Ruben Mikael, 89 (2:5)
(İlk oyun - 1:5).

00.05. "Braqa" (Portuqaliya) - "Dinamo" (Ukrayna) - 0:0
Qırmızı vərəqələr:
Paolo Sezar, 30 ("Braqa"). Qoran Popov, 88 ("Dinamo")
(İlk oyun - 1:1)

00.05. "PSV Eyndhoven" (Hollandiya) - "Benfika" (Portuqaliya) - 2:2
Qollar:
Balaş Cucak, 17 (1:0). Jeremeyn Lens, 25 (2:0). Luizao, 45 (2:1). Oskar Kardozo, 63-pen. (2:2)
(İlk oyun - 1:4)

00.05. "Tvente" (Hollandiya) - "Vilyareal" (İspaniya) - 1:3
Qollar:
Əmir Bayrami, 32 (1:0). Cüzeppe Rossi, 59-pen. (1:1). Markos Ruben, 84-pen. (1:2). Ruben Qrasia Kani, 89 (1:3)
Qırmızı vərəqə: Duayt Tiendalli, 59 ("Tvente")
(İlk oyun - 1:5)


Son xəbərlər