Mahaçqalanın «Anji» klubunun böyük məşqçisi Vaqif Sadıqov millimizin futbolçusu Mahir Şükürovun ittihamlarına cavab verib.
Qeyd edək ki, Şükürovun «Anji»dən uzaqlaşdırılmasına görə Sadıqovu günahlandırıb.
«Şükürovun haqqımda dediklərini eşidəndə, açığı, inanmadım. Onun səviyyəsinə düşmək adıma yaraşmaz. Mahirin «Anji»də qalması üçün nələr etdiyimi Allah bilir. Komandaya yeni gələndə vəziyyəti görüb Mahirlə söhbət etdim. Dedim ki, sən heç kimdən zəif deyilsən və əsas heyətə düşmək üçün sona qədər çalışmalısan. Mən əlimdən gələn köməyi etməyə çalışacağam. Sən demə onun məndən əvvəl kimlərləsə söh-söhbəti varmış. Mənim də bundan xəbərim yox idi. Baş məşqçinin onunla davranışı da qaydasında idi. Mahir əvəzedici heyətlə Türkmənistana yollananda məsləhət verdim ki, başına aşağı sal, futbolunu oyna. Hər şey düzələcək. Mən hardan biləydim ki, məsələ rəhbərlik səviyyəsində həll olunur və kimlərsə onun komandada qalmasını istəmir. Açığı, yığmanın Belçikayla oyunundan sonra bizim düşərgəyə qayıdacağını gözləyirdim. Lakin bu baş verməyəndə məsələnin mahiyyətindən xəbər tutdum. Əvvəldən onun komandaya lazım olmayacağını bilsəydim, özünə deyərdim də» - deyə V.Sadıqov «Futbol+» qəzetinə bildirib.
Alleqri və Poçettino...
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər
"Çelsi" Kaysedo ilə müqaviləni uzatdı
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı
Azərbaycan millisi Gürcüstana da məğlub oldu
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
AFFA -da Premyer Liqa klubları üçün seminar
“Liverpul” köklü islahata hazırlaşır
Mundiallar tarixində ilk - İnfantino açıqladı
Rusiyanın rəqibləri arasında Azərbaycan millisi də var
"Qarabağ" azarkeşlərə müraciət etdi
"Barselona" qərar verib, Flik "gözlə" deyir
"Braqa"dan əla geridönüş - Video
Arda Turandan möhtəşəm uğurdan sonra açıqlama