Azərbaycan 1-ci liqasında yeni mövsüm başladı

Azərbaycan 1-ci liqasında yeni mövsüm başladı
ÖLKƏ FUTBOLU 11 Sentyabr 2024 / 19:22 4112
-  A +

Bu gün Azərbaycan 1-ci liqasında 2024/2025 mövsümünə start verilib.

QOL.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib.

Turun açılış oyununda "Karvan" "Qaradağ Lökbatan"ı qəbul edib. Yevlax şəhər stadionunda keçirilən görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0.

Qeyd edək ki, turun digər oyunları 12-13 sentyabr tarixlərində keçiriləcək. Turnirin qalibi yeni mövsümdə Azərbaycan Premyer Liqasında oynamaq hüququ qazanacaq.

11 sentyabr (çərşənbə)

17:00. “Karvan” – “Qaradağ Lökbatan” - 1:0

Qol: Roman Hüseynov, 63-pen.
Yevlax şəhər stadionu

12 sentyabr (cümə axşamı)

16:30. “Difai” – “Cəbrayıl”
Şamaxı OİK stadionu

18:00. “İmişli” – “Baku Sportinq”
Tovuz şəhər stadionu

13 sentyabr (cümə)

17:00. MOİK – “Mingəçevir”
Lökbatan OİK stadionu

17:00. “Qəbələ” – “Zaqatala”
Qəbələ şəhər stadionu

Daha çox


Son xəbərlər