Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev «Qəbələ» klubunun baş məşqçisi Toni Adamsın Premyer Liqanın 10 komandanın iştirakı və dörd dövrədə keçirilməsi təklifinə münasibət bildirib.
Qeyd edək ki, bu gün Toni Adams deyib ki, çempionatın hazırkı formatında ikinci “6-lıq”dakı oyunlar komandaların səviyyəsini «öldürur». İngiltərəli mütəxəssisin fikrincə, cari mövsüm Premyer Liqada 10 ən güclü klub var: “Məncə, onların iştirakı ilə 4 dövrəlik sistemlə çempionat keçirmək olar”.
Ramin Musayev isə Qol.Az-ın müxbirinə bildirib ki, onlar, əksinə çempionatda komandaların sayını azaltmaq yox, artırmaq barədə düşünürlər: «Bu gün klublarımızda yerli futbolçuların sayı azdır. Ona görə də çox klub olmalıdır ki, yerli futbolçuların sayı da artsın. 10 komandalı çempionat etsək, sabah legionerlərlə bağlı problem də ortaya çıxacaq. Həm də 10 komanda olarsa, oyunların sayı da azalacaq. Biz 12 komandanın iştirakı ilə çempionat keçiririk ki, futbolçuların oyun praktikası daha da çoxalsın».
Ramin Musayev bildirib ki, ən azı yaxın illər üçün Premyer Liqada 10 komandanın iştirakı mümkün olmayacaq. «Toni Adams yaxşı bir insandır, amma onun təklifini qəbul edə bilmərik» - deyə R.Musayev vurğulayıb.
Alleqri və Poçettino...
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər
"Çelsi" Kaysedo ilə müqaviləni uzatdı
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı
Azərbaycan millisi Gürcüstana da məğlub oldu
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
AFFA -da Premyer Liqa klubları üçün seminar
“Liverpul” köklü islahata hazırlaşır
Mundiallar tarixində ilk - İnfantino açıqladı
Rusiyanın rəqibləri arasında Azərbaycan millisi də var
"Qarabağ" azarkeşlərə müraciət etdi
"Barselona" qərar verib, Flik "gözlə" deyir
"Braqa"dan əla geridönüş - Video
Arda Turandan möhtəşəm uğurdan sonra açıqlama