“Məndən sonuncu dəfə dopinq-test 2010-cu il sentyabrın 7-də səfərdə Almaniyaya 1:6 hesabı ilə uduzduğumuz 2012-ci il Avropa çempionatı matçından sonra götürülüb”. Bu sözləri Lent.az-a açıqlamasında Azərbaycan milli komandasının “Xəzər Lənkəran”ın əsas heyətindən kənarlaşdırılan futbolçusu Elnur Allahverdiyev deyib.
28 yaşlı müdafiəçi bildirib ki, dopinq-testin cavabı, götürüldükdən iki həftə sonra AFFA-ya göndərilib. Allahverdiyevin fikrincə, nəticə müsbət olsaydı, yəni orqanizmindən istifadəsi qadağan olunmuş dərman izləri tapılsaydı, o, nə millimizin əsas heyətində Avstriya və Türkiyə ilə növbəti görüşlərdə, nə də “Xəzər Lənkəran”ın heyətində Unibank Premyer Liqası və NBC Bank Azərbaycan Kuboku qarşılaşmalarında iştirak edərdi.
Təcrübəli futbolçu millimizin Belçika ilə martın 29-da keçirdiyi oyun öncəsi təlim-məşq toplantısını zədə səbəbindən tərk etdiyini bir daha vurğulayıb. O, “Xəzər Lənkəran”ın əsas heyətindən kənarlaşdırılmasını “Qarabağ”la aprelin 10-da keçirdikləri oyundan sonra nizam-intizamı pozması ilə əlaqələndirib.
Qeyd edək ki, 0:0 hesabı ilə başa çatan qarşılaşmadan sonra Elnur Allahverdiyev komanda yoldaşı Dieqo Souza ilə kəskin mübahisə edib. Kollektivin gözləri qarşısında baş verən bu olaydan sonra “Xəzər Lənkəran” rəhbərliyi təcili iclas keçirərək, Allahverdiyevi əsas heyətdən xaric edib.
Alleqri və Poçettino...
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər
"Çelsi" Kaysedo ilə müqaviləni uzatdı
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı
Azərbaycan millisi Gürcüstana da məğlub oldu
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
AFFA -da Premyer Liqa klubları üçün seminar
“Liverpul” köklü islahata hazırlaşır
Mundiallar tarixində ilk - İnfantino açıqladı
Rusiyanın rəqibləri arasında Azərbaycan millisi də var
"Qarabağ" azarkeşlərə müraciət etdi
"Barselona" qərar verib, Flik "gözlə" deyir
"Braqa"dan əla geridönüş - Video
Arda Turandan möhtəşəm uğurdan sonra açıqlama