Premyer Liqamız Norveç və Gürcüstan çempionatlarını arxada qoydu

Premyer Liqamız Norveç və Gürcüstan çempionatlarını arxada qoydu
ÖLKƏ FUTBOLU 12 Aprel 2011 / 17:50 2593
-  A +

Avropanın ən güclü milli çempionatlarının siyahısı açıqlanıb. Qol.Az-ın məlumatına görə, qitənin 53 çempionatının reytinq cədvəlində Premyer Liqamız da yer alıb.

22 reytinq xalına malik Azərbaycan çempionatı bu siyahıda 29-cu pillədə qərarlaşıb. Bu isə ötən mövsümün sonu, yəni mayın axırı ilə müqayisədə inkişafdan xəbər verir.

Xatırladaq ki, ötən ilin yekunlarına əsasən Unibank Premyer Liqası Avropada 36-cı idi. 11 ay ərzində Unibank Premyer Liqası Norveç, Gürcüstan, Moldova, Sloveniya, Slovakiya birinciliklərini geridə qoyub.

Daha çox


Son xəbərlər