"İnanıram ki, Dembo “Neftçi”də də uğurlu çıxışı, qolları ilə yadda qalacaq”

"İnanıram ki, Dembo “Neftçi”də də uğurlu çıxışı, qolları ilə yadda qalacaq”
ÖLKƏ FUTBOLU 29 Avqust 2024 / 01:05 2856
-  A +

“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk klubun rəsmi saytına açıqlamasında Dembo Darbonun transfer olunmasına münasibət bildirib:

QOL.az xəbər verir ki, o deyib:

"Dembo Darbo “Neftçi” üçün yaxşı transferdir. O, hücum xəttimizi gücləndirə və zənginləşdirə biləcək keyfiyyətlərə malikdir. Çox yaxşı tanıdığım futbolçudur. Biz birlikdə Belarus çempionu olmuşuq. Dembo çoxlu qol vururdu. İnanıram ki, “Neftçi”də də uğurlu çıxışı, qolları ilə yadda qalacaq”.

Qeyd edək ki, "Neftçi" Dembo Darbo ilə 2 illik müqavilə imzalayıb.

Daha çox


Son xəbərlər
topaz banner