“Araz-Naxçıvan”ın idman direktoru Ceyhun Sultanovun QOL.az saytına müsahibəsi
- Azərbaycan Premyer Liqasının 32-ci turunda “Araz-Naxçıvan” “Kəpəz”i məğlub etməklə (2:0) altı oyunluq qələbə həsrətinə son qoydu. Görüşlə bağlı nə deyə bilərsiniz?
- Çempionatın sonluğu olduğu üçün futbolçular çox istəkli deyildilər. Həm də turnir cədvəli baxımından bu qarşılaşma heç nəyi dəyişmirdi. Buna baxmayaraq, komanda qələbə qazandı. Ən əsası budur. Komandanı təbrik edirəm.
- Demək olar ki, futbolçular meydana motivasiyasız çıxırlar?
- Əlbəttə. Çünki turnir cədvəlində nə aşağı düşürsən, nə də avrokuboklara yollanırsan. Belədə komandanı motivasiya eləmək çətindir. Futbolçular özləri özlərini içdən oyatmalıdırlar.
- “Araz-Naxçıvan” artıq avrokuboklar şansını itirib. Komandanın ötənilki nəticəsini təkrarlaması üçün nə çatışmadı?
- Komanda buna qədər 6 oyun qələbəyə həsrət qalıb. Həmin matçlarda qalib gəlsəydik, Konfrans Liqasına yollana bilərdik. Məncə, “Araz-Naxçıvan”ın müdafiə xətti inamlı olsaydı, avrokuboklara düşmək şansımız daha çox olardı. Aydın məsələdir ki, bütün oyunlara qələbə üçün çıxırsan. Lakin hər şey futbolçuların meydandakı əhval-ruhiyyəsindən asılıdır.
- Komanda avrokuboklara yollana bilməyibsə, deməli, mövsüm uğursuz alındı...
- Əlbəttə. Bacardığımızdan daha aşağı səviyyədə çıxış etdik. Halbuki indi turnir cədvəlində mövqeyimiz daha da yaxşı ola bilərdi. Lakin indi nəyisə dəyişmək mümkün deyil. Futboldur, irəli baxmaq lazımdır.
- Bəziləri “Araz-Naxçıvan”ın uğursuzluğuna görə sizi günahlandırırlar...
- Məni niyə?
- İlk növbədə baş məşqçi dəyişikliyinə görə.
- Klubda baş məşqçini Ceyhun Sultanov dəyişmir. Klubun İdarə Heyəti var və qərarlar orada ümumi şəkildə qəbul olunur.
- Ümumiyyətlə, sizcə, Elmar Baxşıyevin gedişi doğru qərar idi?
- Futbolda dəyişikliklər olur. İndi bu suala konkret cavab vermək çətindir. Elmar Baxşıyev qalsaydı, komandanın nəticəsi daha yaxşı da ola bilərdi, daha pis də. Mən düşünürəm ki, məşqçidən çox futbolçular daha məsuliyyətli olmalı idilər.
- Eləcə də bəzi futbolçuların - məsələn, Hamidu Keyta - məhz sizin istəyinizlə komandaya gəldiyi deyilir. Bu, nə dərəcədə doğrudur?
- Heç kim deyə bilməz ki, Ceyhun Sultanov hansısa futbolçunu özbaşına komandaya gətirib. Bütün transferlər məşqçilər korpusunun istəyi və razılığı ilə reallaşdırılıb.
- Niyə məhz Andrey Demçenko?
- Əvvəla, yenə deyirəm, bu təyinat da klubun İdarə Heyətinin qərarı ilə reallaşıb. Digər tərəfdən isə Demçenko kifayət qədər təcrübəli məşqçidir. Vətəni Ukrayna ilə yanaşı, Gürcüstanda, Qazaxıstanda çalışıb, avrokuboklar təcrübəsi var. Ola bilər bu gün əlində istədiyi heyət olmadığı üçün lazımi nəticələri qazana bilmədi.
- Demçenkonun sözləşməsi “5 ay + 1 illik” idi. Onunla yola davam edəcəksiniz?
- Qarşıda hələ bir oyun var. Həmin matçı da başa vurduqdan sonra İdarə Heyətinin iclası keçiriləcək və orada qərar veriləcək.
- Sizin “Araz-Naxçıvan”ın prezidenti olacağınız deyilir. Bu məsələdə bir yenilik var?
- Xeyr, hələ ki bu barədə məlumat yoxdur. Yenilik olan kimi ictimaiyyətə açılanacaq
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri
İspaniya kralı Messini şam yeməyinə dəvət etdi
Skaloni razılıq verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Fernandeş taktikanı tənqid etdi, Kerrik futbolçuları
"Real"ın böyükhesablı qələbəsi - Video
Çempionlar Liqasında həftənin oyunçusu kim olacaq?
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi - Video
“Sabah” 3 turdan sonra ÇL-də neçəncidir?
"Real" və "İnter"dən qələbə, Münhendə qalib aşkarlanmadı
“Qalatasaray”dan 4 qollu qələbə - Video
Premyer Liqa klubuna canlı maskotla bağlı xəbərdarlıq
"Qalatasaray" 6 qollu matçdan qalib ayrıldı
“Qalatasaray”ın Çempionlar Liqası rekordunu yenilədi
Bir ildən sonra yaşıl meydanlarda
Klub azarkeşlərin boykotunu dəstəklədi
“Şahdağ Qusar”ın baş məşqçisindən açıqlamalar
Derbidə üz tanıma sistemindən istifadə ediləcək
"Lill" - "Qalatasaray" matçının heyətləri açıqlandı
“Barselona”nın futbolçusu “El Klasiko”nu buraxacaq
“Fənərbaxça”da ciddi itkilər var
“Keçmiş klubuna qarşı oyunlar həmişə xüsusi olur”