AFFA Apellyasiya Arbitraj Tribunalı şikayətçi “Neftçi” Peşəkar Futbol Klubunun apellyasiya şikayəti qismən təmin edib.
QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, 11 avqust 2024-cü il tarixdə Misli Premyer Liqasının II turunun “Səbail” – “Neftçi” oyunu bitdikdən sonra qonaq komandanın futbolçusu Ervin Koffi azarkeşlərə kənar əşya atdığına görə futbolçunun 2 oyun cəzalanması, “Neftçi” klubunun 2000 manat cərimə edilməsi (AFFA İntizam Məcəlləsinin 40.4-cü maddəsi) barədə AFFA İntizam Komitəsinin 15 avqust 2024-cü il tarixli qərarı “oyun cəzası” sanksiyası hissəsində dəyişdirilib.
Futbolçu Ervin Koffi barəsində tətbiq olunan 2 oyunluq cəzanın çəkilməmiş hissəsi, yəni 1 oyunluq cəza şərti tətbiq edilib. Onun üçün şərti cəzanın çəkilməsinə görə 3 (üç) ay sınaq müddəti təyin edilib.
AFFA İntizam Komitəsinin 15 avqust 2024-cü il tarixli qərarı “cərimə sanksiyası” hissəsində qüvvədə saxlanılıb.
Apellyasiya şikayəti qalan hissədə təmin edilməyib.
Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilib.
Avropa Liqasının ağası
DÇ-2026-nın reklam çarxında yer aldı, azarkeşlər qınadı
Premyer Liqanın ən gənc çempionu oldu
Dembele "Arsenal"a qarşı oynayacaq
Kukurella "Çelsi"dən gedəcək?
"Arsenal" Artetaya yüksək maaş təklif edə bilər
Millinin təlim-məşq toplanışı ləğv edildi
Mourinyo Vinisiusla bağlı nə düşünür?
"Arsenal" çempionluq paradı keçirəcək
Türkiyə kubokunda finalın hakimləri açıqlandı
Son üç mövsümün bombardirləri kimlərdir?
UEFA milli komandalar üçün yeni format müəyyənləşdirdi
Meydanı özbaşına tərk edən bölgə klubu cəzalandırıldı
1-ci liqanın çempionu cərimələndi
AFFA-dan "Sabah" və "Neftçi"yə cəza
“İmişli”də yeni müqavilə
Son üç mövsümün 10 bombardiri
11 illik dövrün sonu
Noyer mundialı buraxa bilər
Artetadan Premyer Liqa tarixinin rekordu
İsveçrə millisi DÇ-2026-ya bu heyətlə yollanır