Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts bu gün "Neftçi"nin bazasına təşrif buyurub. Qol.Az-ın məlumatına görə, Foqts AZAL-la oyuna hazırlaşan flaqman futbolçularının məşqini izləyib.
Bununla yanaşı, Berti Foqts "Neftçi"nin prezidenti Sadıq Sadıqovla görüşərək, fikir mübadiləsi aparıb. Almaniyalı çalışdırıcını səmimiyyətlə salamlayan Sadıq Sadıqov belə görüşlərin vacib olduğunu söyləyi:
"Sizi klubumuzun bazasında görmək çox xoşdur. Bildiyiniz kimi, əsas milli komandaya, eləcə də aşağı yaş qruplarından ibarət yığmalara ən çox oyunçu verən klub "Neftçi"dir. Biz xüsusilə uşaq və yeniyetmə futbolunun inkişafına böyük önəm veririk. Bu baxımdan yığma məşqçiləri ilə əməkdaşlıq, onlarla fikir mübadiləsi aparmaq gərəklidir".
Eyni zamanda, "Neftçi"nin prezidenti AFFA rəhbərliyinin məqsədyönlü fəaliyyət göstərdiyini vurğulayıb: "Azərbaycanda bütün idman növlərinin, o cümlədən futbolun inkişafı üçün dövlət tərəfindən bütün şərait yaradılıb. Rövnəq Abdullayevin rəhbərlik etdiyi AFFA futbolumuzun inkişafı üçün səylə çalışır.
Bir neçə il əvvəllə müqayisə etdikdə, istər milli komanda, istərsə də klub səviyyəsində nəticələrin yaxşılaşdığını görmək mümkündür. Yığmanın son nəticəsindən sonra baş məşqçiyə qarşı təzyiqlər var idi. Lakin buna ciddi fikir vermək lazım deyil. Çünki Azərbaycan futbolunun inkişafı planlı şəkildə həyata keçirilir. İnanıram ki, yaxın illərdə daha böyük uğurlar qazanacağıq".
Alleqri və Poçettino...
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər
"Çelsi" Kaysedo ilə müqaviləni uzatdı
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı
Azərbaycan millisi Gürcüstana da məğlub oldu
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
AFFA -da Premyer Liqa klubları üçün seminar
“Liverpul” köklü islahata hazırlaşır
Mundiallar tarixində ilk - İnfantino açıqladı
Rusiyanın rəqibləri arasında Azərbaycan millisi də var
"Qarabağ" azarkeşlərə müraciət etdi
"Barselona" qərar verib, Flik "gözlə" deyir
"Braqa"dan əla geridönüş - Video
Arda Turandan möhtəşəm uğurdan sonra açıqlama