"Tamaşaçılar üçün fantastik oyun oldu. Yaxşı mübarizə apardıq. Bir daha təsdiq olundu ki, rəqib hücumu və müdafiəsi olan çox güclü komandadır. Təzyiqimiz bir az azalan kimi onlar 6 oyunçu ilə bizim cərimə meydançasının qarşısında olurdular və ciddi şəkildə təzyiq edirdilər. "Qarabağ" yaxşı oynanadı, amma biz də onların zəif cəhətlərindən istifadə etdik".
QOL.az xəbər verir ki, bu sözləri Zaqreb "Dinamo"sunun baş məşqçisi Sergey Yakiroviç UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"la ilk oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
O, 3:0 hesablı qələbəni belə şərh edib: "Əsas məqsəd ilk hissədə topu ələ keçirmək və bununla da üstünlük yaratmaq idi. 60-cı dəqiqədə dinamikanı itirdiyimiz üçün sistemi dəyişdik. Əslində bundan sonra hədəfə çatmaq daha asan oldu. Vurduğumuz qollardan başqa daha iki-üç fürsətimiz oldu. Təəssüf ki, bunu reallaşdıra bilmədik.
Şübhəsiz ki, "Qarabağ" "Ludoqorets"dən daha yaxşı komandadır. Uzun müddətdir birlikdədirlər və görürsən ki, onların müəyyən oyun sistemi var. Biz bilirdik ki, bu, bizə çətinlik yaradacaq, bəzi məqamlarda əziyyət çəkəcəyik. Müdafiədə bəzi kobud səhvlər etdik. Qapıçımız İvan Nevistiç yaxşı oynadı".
Baş məşqçi qeyd edib ki, cütün taleyi növbəti oyundan sonra bəlli olacaq: "Ötən mövsümün təcrübəsindən öyrəndik ki, hər imkanından istifadə etməlisən. Bu nəticəyə görə məmnunuq, lakin oyundan əvvəl də bilirdik ki, nəticə nə olursa olsun, bizi daha 90 dəqiqə gözləyir".
Yakiroviç zədələnərək meydana tərk edən komandanın aparıcı üzvü Stefan Ristovski haqda da danışıb: "Onun zədələnməsi bizi bir qədər narahat etdi. Ristovski son vaxtlar çox yaxşı oynayır. Qarşıdakı oyunda meydana çıxa bilsə, əla olardı. Çünki sürətli oyunçudur. Sabah durumunun necə olduğunu biləcəyik".
Baş məşqçi matçın hakim idarəçiliyi ilə bağlı da fikirlərini bildirib: "Oyunun sonuna yaxın rəqib futbolçusu topa əli ilə toxundu. Cərimə meydançasında idi ya yox, bilmirəm. Hakimlik yaxşı idi. Hətta bəzi anlarda müəyyən səhvlərə görə üzr istədilər".
Qeyd edək ki, "Qarabağ"la "Dinamo" arasında cavab qarşılaşması avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Avropa Liqasının ağası
DÇ-2026-nın reklam çarxında yer aldı, azarkeşlər qınadı
Premyer Liqanın ən gənc çempionu oldu
Dembele "Arsenal"a qarşı oynayacaq
Kukurella "Çelsi"dən gedəcək?
"Arsenal" Artetaya yüksək maaş təklif edə bilər
Millinin təlim-məşq toplanışı ləğv edildi
Mourinyo Vinisiusla bağlı nə düşünür?
"Arsenal" çempionluq paradı keçirəcək
Türkiyə kubokunda finalın hakimləri açıqlandı
Son üç mövsümün bombardirləri kimlərdir?
UEFA milli komandalar üçün yeni format müəyyənləşdirdi
Meydanı özbaşına tərk edən bölgə klubu cəzalandırıldı
1-ci liqanın çempionu cərimələndi
AFFA-dan "Sabah" və "Neftçi"yə cəza
“İmişli”də yeni müqavilə
Son üç mövsümün 10 bombardiri
11 illik dövrün sonu
Noyer mundialı buraxa bilər
Artetadan Premyer Liqa tarixinin rekordu
İsveçrə millisi DÇ-2026-ya bu heyətlə yollanır