Yığmamızın Belçika ilə rüsvayedici məğlubiyyətindən sonra birbaşa vətəninə yollanan Berti Foqts on gün sonra nəhayət ki, Bakıya qayıdıb. Qol.Az-ın məlumatına görə, baş məşqçi ANS TV-yə yığmamızın Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Brüsseldə Belçika seçmə komandasına 1:4 hesabla uduzmasının səbəblərini açıqlamağa çalışıb.
“Bu oyun barədə onu deyə bilərəm ki, rəqib bizdən hər cəhətdə güclü idi. Ona görə qələbəni Belçika qazandı. Bu, uzunmüddətli prosesdir. AFFA-da onu bilir, mən də onu bilirəm. Biz öz işimizi davam etdiririk. Güclü rəqibə qarşı biz o vaxt nəticə göstərə bilərik ki, bütün komanda 100 faiz oynasın. Əgər komanda da 2-3 oyunçu öz oyununu nümayiş etdirə bilmirsə, təəssüflər olsun ki, güclü rəqibə qarşı bizim şansımız yoxdur”, - deyə Berti Foqts bildirib.
Baş məşqçi Belçika ilə oyunda fiziki hazırlıqları olmayan futbolçuları əsas heyətdə meydana buraxmasına da aydınlıq gətirib.
“Mənə elə gəlir ki, Vaqif Cavadov meydanda tək deyildi. Vaqifin yanında Rauf Əliyev də oynayırdı. Vaqif Cavadov özünə sual verməlidir ki, əlindən gələni, bacardığını həmin oyunda göstərib, yoxsa yox? Yəni Azərbaycan üçün lazım olan oyunu göstərib? Oyunçular həmişə səbəb axtarırlar ki, təqsir onlarda deyil, başqalarındadır. Bu səbəbləri mən qəbul etmirəm. Oyunçular hazır olmalıdırlar ki, meydana çıxanda vuruşsunlar. Lazım olsa özlərini 100-110 faiz göstərsinlər. Meydançada 90 dəqiqə qaçsınlar. Siz gördünüz ki, mən Elvin Məmmədovu da Belçika ilə oyunda 60 dəqiqədən sonra meydandan çıxardım. Çünki yorğun idi. Elvin Məmmədov həmin oyunda bacardığını göstərdi. Mən Elvindən çox razı qaldım. Mən deyərdim ki, Elvin ilk 45 dəqiqədə çox gözəl oyun nümayiş etdirdi. Sözsüz ki, Elvində oyun praktikası çatışmır. Mən dünən axşam Mahir Şükürovla da söhbət eləmişəm və demişəm ki, Mahirin klubu, oyun praktikası olmadığına görə mən onu milliyə çağırmıyacağam. Mahiri Qazaxıstan və Almaniya ilə oyunda milliyə çağırmayacam”, deyə Berti Foqts qeyd edib.
Yığmamızın baş məşqçi iyunun 3-də Astanada Qazaxıstan milli komandasına qarşı oyun barədə də fikirlərini bildirib. Baş məşqçi oyunun iyunun əvvələrində baş tutacağı üçün onun barəsində indidən danışmağın çətin olduğunu vurğulayıb.
“Qazaxıstanla oyun sabah deyil. Oyun iyunun əvvəlindədir. Hələ vaxtımız var. Mən ancaq Almaniya yığma komandasının baş məşqçisi Yoahim Lövün sözlərini deyə bilərəm ki, Qazaxıstan Azərbaycandan güclüdür. Mən Qazaxıstanla bağlı danışmaq istəmirəm. Onu deyim ki, püşkatmada Qazaxıstan 5-ci, Azərbaycan isə 6-cı səbətdə idi. Yəni bir səbət bizdən güclü idilər. Biz yaxşı hazırlıq görəcəyik. Onu deyə bilərəm ki, Qazaxıstan həmin oyunda bizi udmağa çətinlik çəkəcək”, - deyə Beri Foqts qeyd edib.
Xatırladaq ki, futbol üzrə yığma komandamız Avro-2012-nin seçmə mərhələsində Almaniya, Belçika, Avstriya, Türkiyə, Qazaxıstan milli komandaları ilə bir qrupda yer alır. Millimiz yalnız Türkiyə kollektivi üzərində Bakıda 1:0 hesabı ilə qələbə qazanaraq aktivinə 3 xal yazdıra bilib.
"Roma" səfərdə "Lans"ı məğlub etdi
"Şamaxı" növbəti transferini rəsmiləşdirdi
Ruben Amorim: "Komandamız əla formadadır"
"Çempionlar Liqasını qazanmaq mənim şəxsi məqsədimdir"
Messinin mühafizəçisi matçlardan uzaqlaşdırıldı - Şəkillər
"Qəbələ" - "İmişli" matçında 5 qol vuruldu
"Turan Tovuz" Albaniya klubuna uduzdu
"Bavariya" yoxlama oyununda "Lion"u məğlub etdi
"Fənərbaxça" Aktürkoğlunu hədəflədi
"Milan", "Borussiya" və "Ayaks" onunla maraqlanır
"Arsenal"ın sabiq qapıçısı rəsmən "Nyukasl"da
Mahir Emreli: "Məqsədimiz mövsümü ilk 3-lükdə bitirməkdir"
"Çelsi" onunla yollarını ayırmağa hazırlaşır
"Bavariya"nın bu futbolçusu gözündən zədə aldı
Dadaşovun komandasından məğlubiyyət
"Karvan" "Ayaks"ın sabiq futbolçusunu transfer etdi
Haaland: "Heç vaxt dünya çempionu ola bilməyəcəyik"
"Roma" yeni futbolçu aldı
"Bavariya" yeni formasını təqdim etdi - Şəkillər
"İnter" yenə "yox" cavabı aldı
Tanınmış futbolçu 29 yaşında karyerasını başa vura bilər
"Liverpul"la razılaşdı
“Sabah” və “Araz Naxçıvan” üçün “pley-off”da potensial rəqiblər - “Böyük beşlik”dən də komandalar var
10 illik dövr başa çatdı - "Tottenhem"dən getdi
“Levski”nin rəhbəri “Sabah”dan danışdı
“Ayaks” İsrail millisinin üzvünü transfer etdi
Güləşçimiz dünya çempionatında finala yüksəlib
Alonso seçim arasında qaldı
Millimizin Çexiya ilə oyununun yeri və vaxtı bilindi
"İmişli" braziliyalı oyunçunu transfer etdi - Rəsmi
PSV Çempionşipdən onu transfer etdi
Hakimi 15 ilədək həbs oluna bilər
"Neftçi"nin Kipr klubu ilə oyununda 4 qol
"Biz "Real"dan daha çox gücləndik"
"Aris"lə oyunda xarakter göstərdik" - Patrik Andrade
AFFA-da bu vəzifənin icrası ona tapşırıldı