Elnur Allahverdiyev "Xəzər Lənkəran"dan uzaqlaşdırıldı

Elnur Allahverdiyev "Xəzər Lənkəran"dan uzaqlaşdırıldı
ÖLKƏ FUTBOLU 11 Aprel 2011 / 00:36 3249
-  A +

“Qarabağ”la 0:0 hesabı ilə başa çatan oyundan sonra “Xəzər Lənkəran” rəhbərliyi və baş məşqçi Mirça Rednikin iştirakı ilə bir neçə saatlıq iclas keçirilib. Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, iclasda komandanın son turlarda qələbə qazana bilməməsinin səbəbləri araşdırılıb.

Yekunda bir neçə qərar qəbul olunub. Onlardan birinə əsasən Elnur Allahverdiyev “Xəzər Lənkəran”ın əsas heyətindən uzaqlaşdırılıb. Səbəb kimi Allahverdiyevin mütəmadi olaraq klubun daxili intizam qaydalarını pozması göstərilib.

Qeyd edək ki, Elnur Allahverdiyev "Xəzər Lənkəran"a ötən yay "Qarabağ"dan keçib.

Daha çox


Son xəbərlər