"Qarabağ" - "Xəzər Lənkəran" matçında qalmaqal

"Qarabağ" - "Xəzər Lənkəran" matçında qalmaqal
ÖLKƏ FUTBOLU 10 Aprel 2011 / 18:08 3091
-  A +

Azərbaycan Premyer Liqasının XXVI turunda "Qarabağ" və "Xəzər Lənkəran" komandaları arasında keçirilmiş oyunda qalmaqal baş verib. Qol.Az-ın məlumatına görə, 89-cu dəqiqədə baş hakim Fariz Yusifov qonaq komandanın futbolçusu Dieqo Souzanı ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıb.

Bu isə lənkəranlı azarkeşlərin narazılığına səbəb olub. Onlar meydançaya daş, şüşə qab və yanar fişəng atıblar. Fişəng meydançanın kənarına düşüb. Şüşə qabı isə "Xəzər Lənkəran" futbolçularından biri "Qarabağ" azarkeşlərinə tərəf atıb.

Oyundan sonra azarkeşlər arasında xırda insident də yaşanıb. Lakin onların "Xəzər Lənkəran"la "Neftçi" tərəfdarları olduqları üzə çıxıb. Fanatlar qısa müddətli söz savaşına çıxıblar.

Daha çox


Son xəbərlər