"Zirə" Konfrans Liqası III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində sabah Bakıda "Osiyek"i qəbul edəcək.
QOL.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- "Qarabağ"ı möhtəşəm qələbə münasibətilə təbrik edirəm. Sabahkı matçlarda "Sabah"a və özümüzə uğurlar arzulayıram. Allah qoysa, hər iki komanda mərhələni keçər. İlk dəfə üç klubumuz pley-off-da oynayır. Oyundan öncə danışmaq çətindir. Hamı bilir ki, önəmli matça çıxacağıq. Hamımız oyunun əhəmiyyətini yaxşı dərk edirik. Gərgin qarşılaşma olacaq. Hər iki komanda üstünlük əldə edib, mərhələni keçməyə çalışacaq. İki komandanın da yetərincə usta, ambisiyalı futbolçuları var ki, nəticə üçün çalışacaqlar. Necə olacaq, onu zaman göstərəcək .Məni məyus edən tərəf meydanın yaxşı durumda olmamasıdır. Bunu əvvəlki oyunlarda da öz üzərimizdə hiss etmişdik. Mətbuat konfransından əvvəl meydana baxdım. Bir az da pisləşib. Hər iki komandanın futbolçuları üçün texnikalı oyuna mane ola bilər. Şərtlər iki komanda üçün də eynidir. Hər şeyi edəcəyik ki, nəticə bizim üçün yaxşı olsun.
- "Qarabağ"ın oyununa kollektiv şəkildə baxdınız? Bu möhtəşəm qələbə "Zirə"yə necə təsir edəcək?
- Əgər toplanışdayıqsa, hamımız birlikdə baxırıq. Deyilsə, hərə sərbəstdir. Dünən bizdə istirahət günü idi. Motivasiya o ola bilər ki, Azərbaycan çempionu Bolqarıstan çempionu "Ludoqorets" kimi güclü rəqib üzərində möhtəşəm qələbə qazanırsa, bizim oyunçulara da motivasiya verə bilər. Çempionatımızın klubu bu cür rəqibi üstələyir. Xırda detallar da əlavə motivasiya ola bilər.
- Çempionatda və avrokuboklarda yaxşı irəliləyirsiniz. Bu mövsüm qarşısınıza hansı hədəfi qoymusunuz?
- Mövsüm hələ yeni başlayıb. Hədəflərdən danışmaq erkəndir. Klub olaraq qarşımıza ən azından bir mərhələ keçmək hədəfi qoymuşduq. Amma hazırda o haqda düşünmürük. Çalışırıq ki, qarşıdakı oyunu düşünək. Başa düşürük ki, sabahkı oyun bizim üçün çox önəmlidir. Klub rəhbərliyi, futbolçular və məşqçilər üçün də önəmlidir. Qarşımızda çox təcrübəli komanda var. "Dinamo"ya qarşı da yaxşı oyun keçirdilər. Son anda qol buraxıb, məğlub oldular. Çempionatda da klub rəhbərliyi qarşımıza xüsusi tapşırıq qoymur. Həmişə tələb edir ki, komanda inkişaf etsin, əzmkar kollektiv olsun. Bu gün də qarşımızda xüsusi məqsəd yoxdur. Amma yeni mövsümdə də avrokuboklarda çıxış etmək istəyirik. Uğurlu başlamışıq. Amma klubların iddiasını görürük. Çempionluğa əsas namizəd "Qarabağ"dır. "Neftçi" və "Sabah" da onlara rəqibdir. 5-6 komanda dördlük uğrunda amansız mübarizə aparacaq. Bunu ilk turdan da hiss etmək olur. "Sabah" da iddiasını ortaya qoyub. "Turan Tovuz" da yaxşı oynayır. Məncə, keçənilki liqanın davamı olacaq. Proqnoz vermək çətin olacaq. Kimsə ikinci də ola bilər, 6-cı da.
- Mərhələ keçsəniz, transfer olacaq?
- Hazırda bu haqda danışmaq istəmirəm. Aktual məsələ sabahkı oyundur. Nə oyunçulara baxırıq, nə başqa nəyəsə.
- "Şerif"i məğlub etdiniz, amma mərhələ keçə bilmədiniz. İndi də münasib nəticə var. Daxildə narahatlıq yoxdur ki, arxayınlaşma ola bilər?
- "Şerif"lə və "DAK 1904" klubları ilə ilk oyunlardan sonra narahatlıq var idi. Amma indi yoxdur. Səfər qolu qüvvədə olsaydı, indi də olardı. Lakin səfər qolunun üstünlüyü yoxdur. "Osiyek"lə görüşdə də çox diqqətli olmalıyıq. Onlar bizim səhvimizdən istifadə edə bilər, biz də onların. Bu dəfə narahat deyiləm. Hiss edirəm ki, futbolçular da bilir ki, bizi necə oyun gözləyir.
- Salifu Sumanın psixoloji durumu necədir?
- Heyətlə bağlı danışa bilməyəcəm. Bu da bizim üçün önəmlidir. Əlimizdə geniş heyət var. İlk dəqiqədən də başlaya bilər, sonradan da oyuna qoşula bilər. Sabah çalışacağıq ki, dəyişiklər də effektli alınsın. Ən ağır yük bəlkə də bizim üzərimizdədir.
- "Osiyek"ə qarşı ağır oyun oynadınız, daha sonra "Sabah"la çətin matç keçirdiniz. İki ağır oyundan sonra futbolçuların hazırkı durumu sizi qane edə bilib?
- "Sabah"la oyundan sonra yüngül bərpa məşq oldu. Dünən də istirahət etdik. Futbolçulara yaxşı istirahət lazım idi ki, oyun günü gümrah olsunlar. Bir gün vaxtımız var. Hazırıq. Bu gün dəqiq biləcəm ki, hansı durumdadırlar. İnanıram ki, sabah ən yaxşı vəziyyətdə olacaqlar.
- İlk oyundan sonra rəqibi yenidən analiz etmisiniz?
- Üzbəüz qarşılaşanda fərqli detallar gördük. 4-5 oyunu analiz edəndə onları görə bilməmişdik. Üzərində işləmişik. Çalışacağıq ki, sabah həyata keçirək. Necə olacağını görəcəyik.
- "Neftçi Arena"nın da ot örtüyünün durumu yaxşı deyil. Klub rəhbərləri bu qədər sərmayə qoyurlar. Bunun günahkarı kimdir, meydanların vəziyyəti niyə belədir?
- Təəssüflər olsun ki, avrokuboklarda ev oyunlarını öz meydanımızda keçirə bilmirik. Mən "Qarabağ"da oynayanda bundan şəraiti zəif olan stadionlarda oyun keçirməyə imkan verirdilər. Çox istəyərdik ki, Zirədə oynayaq. Bura bizim öz meydanımız deyil, çox şey tələb edə bilmirik. Amma stadion rəhbərliyi nəzarə almalıdır ki, burada avrokubok oyunu olacaq. "Şerif"lə oyunda da rəqib təzyiq edəndə, meydanın vəziyyəti imkan vermirdi ki, pressinqdən çıxaq. Bu stadionda texnikalı futbol oynamaq çətindir. Görək də, sabah necə olacaq. Çox məyusedici amildir. Bu qədər vəsait ayrılıb, meydanların vəziyyəti niyə belədir, bilmirəm. Səfərdəki matçlara baxın, komandamız daha inamlı, daha texnikalı oynayır. O da ot örtüyü amili ilə bağlı idi. Rəqiblərin meydanları ideal idi. Amma evdə tam əksini görürük. Ümid edirəm ki, meydan sabah bizə hansısa maneçilik törətməyəcək (sportal.az).
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu