«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanovun Qol.Az saytına müsahibəsi
- Sabah Premyer Liqada sizi “Xəzər Lənkaran”la çətin oyun gözləyir. Matç haqda nə deyərdiz?
- “Qarabağ”dan cəmi bir xal irəlidə olan ən güclü komandalardan birinə qarşı oynayacaıq. Son oyunda uduzmağımızı baxmayaraq, uğursuzluğu unutdurmaq istəyirik.
- “Xəzər Lənkaran” la oyunlarda statistika sizin xeyrinizədi. Bunu “Qarabağ”ın üstünlüyü kimi qəbu etmək olar?
- Mən bunu düzgün saymıram. Çünki 1-ci dövrədən sonra hər iki kollektivdə xeyli oyunçu dəyişikliyi olub. Xüsusən də rəqibi güclü bir komanda kimi qiymətləndirmək lazımdı. «Xəzər Lənkəran» kifayət qədər güclü oyunçuya malikdi. Onlar xüsusən hücum xəttində daha çox gücləniub. Bu da bizi oyuna ciddi yanaşmağa məcbur edir. Keçən oyundan fərqli olaraq, bu oyunda Uinston Parksa daha çox ciddi yanaşmalıyıq. Çünki bizim axırıncı qarşılaşmamızda Parks oynamamışdı. Ancaq son vaxtlar onun çox təhlükəli oyunçuya çevrilməsi bizi bu yöndə diqqətli olmağa məcbur edir.
- “Neftçi” ilə son matçda Əfran İsmayılov kifayət qədər meydanda oldu. Onun oyunu sizi qane etdi?
- Bu gün biz Əfrandan əvvəlki oyunu tələb edə bilmərik. Altı aylıq fasilə futbolçu üçün az müddət deyil. Ola bilər o, müəyyən qədər öz üzərində işləsin, ancaq bu, kifayət etmir. Onun əvvəlki formasına qayıtması üçün bir neçə matçda iştirakı, oyunu hiss etməsi lazımdı. Get-gedə oyununu artıraraq Rauf Əliyevlə güclü tandem yaradacağına inamım böyükdü.
- Transfer məsələsi tam həll olunan İlqar Qurbanov nəinki ilk 11-liyə, heç 18-liyə də düşə bilmir. Onu meydanda nə vaxt görə biləcəyik?
- İlqar çox həvəslə çalışır, ancaq onunla yanaşı, digər futbolçular da var ki, 18-liyə düşə bilmir. Buna baxmayaraq, İlqar Qurbanova ümidlərimiz böyükdü. Uzun müddət Türkiyə 1-ci divizonunda çıxış edən “Mersin İdman Yurdu”nda 6-7 ay futbolsuz qalması İlqarı xeyli geri atıb. Məhz bu amil onu hələ də özünə qaytara bilməyib.
- «Neftçi» ilə matçda Samir Abbasovun məhz zəif oyununa görə ikinci hissənin başlanğıcında Nedim Necipi ilə əvəzlənməsi haqda fikirlər səsləndi. Bu, həqiqətən də belədir?
- Bunu mən “Qarabağ”ın oyununun alınmaması ilə bağlayardım. Ona görə də ikinci hissədə taktiki əvəzləmə edərək Necipini meydana buraxdım. Təkcə Samir yox, bir neçə oyunçu həmin matçda zəif təsir bağışladı. Bunu da onların özünə çatdırmışıq. Ancaq düşünmürəm ki, növbəti oyunda heyətdə hansısa dəyişiklik olsun. Oyun günü heyəti daha dəqiq müəyyən edəcəyəm. - Heyətdə itki varmı?
- Matç öncəsi keçirdiyimiz məşqlərin birində Devran Ayhan zədələnib. Müdafiəçimiz Rəşad Sadıqov da yüngül zədə alıb. Devran ən azı 2 həftə meydandan kənar qalacaq. Rəşadın zədəsi isə çox ciddi deyil. “Xəzər Lənkaran”la matçda onun xidmətindən istifadə etmək niyyətindəyik.
- Necə düşünürsüz, bu oyun Avroliqa vəsiqəsi üçün həlledici matç ola bilər?
- Əlbəttə, hər qazanılan xal sənin şansına təsir edir. Hər itirilən xal da səni geri salır. Ancaq qarşıda hələ 7 oyun var. Bu da 21 xal deməkdi. Bu səbəbdən bütün oyunları xal ehtiyatı baxımından çox vacib sayırıq ki, sonda Avroliqa vəsiqəsinə sahib olaq.
Alleqri və Poçettino...
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər
"Çelsi" Kaysedo ilə müqaviləni uzatdı
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı
Azərbaycan millisi Gürcüstana da məğlub oldu
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
AFFA -da Premyer Liqa klubları üçün seminar
“Liverpul” köklü islahata hazırlaşır
Mundiallar tarixində ilk - İnfantino açıqladı
Rusiyanın rəqibləri arasında Azərbaycan millisi də var
"Qarabağ" azarkeşlərə müraciət etdi
"Barselona" qərar verib, Flik "gözlə" deyir
"Braqa"dan əla geridönüş - Video
Arda Turandan möhtəşəm uğurdan sonra açıqlama