Foqts: Əvvəl əvəzedicilər, sonra Premyer Liqa

Foqts: Əvvəl əvəzedicilər, sonra Premyer Liqa
ÖLKƏ FUTBOLU 8 Aprel 2011 / 13:39 2623
-  A +

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bu gün «İnter» və «Neftçi» klublarının əvəzedici heyətləri arasında keçiriləcək oyunu izləyəcək.

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlunun Qol.Az-a verdiyi məlumata görə, almaniyalı mütəxəssis sabah və birisigün Unibank Premyer Liqasının ilk «altılığ»ındakı bütün matçlarda tribunada olacaq.

Foqts şənbə günü «İnter» - «Neftçi», bazar günü isə «Qarabağ» - «Xəzər Lənkəran» və AZAL - «Bakı» oyunlarına stadionda baxacaq.

Daha çox


Son xəbərlər