"Qarabağ" – "Xəzər Lənkəran": bu dəfə kim güləcək?

"Qarabağ" – "Xəzər Lənkəran": bu dəfə kim güləcək?
ÖLKƏ FUTBOLU 8 Aprel 2011 / 11:36 2763
-  A +

Bir turluq fasilədən sonra ikinci pilləyə qayıdan “Xəzər Lənkəran” bu bazar cəmi bir xal geridə olan “Qarabağ”la üz-üzə gələcək. Bakıda keçiriləcək bu qarşılaşma "Xəzər Lənkəran"ın ardıcıl ikinci səfər görüşü olacaq.
Qol.Az-ın məlumatına görə, oyun ərəfəsində "Xəzər Lənkəran"ın rəsmi saytı bu matçla bağlı yazı dərc edib. Yazını təqdim edirik.


 
"Oyunun əhəmiyyəti. Oyunun nə dərəcədə əhəmiyyətli olmasını komandaların turnir cədvəlindəki mövqeləri və xal ehtiyatlarından anlamaq olar. Həm “Xəzər Lənkəran”, həm də “Qarabağ” çempionluq uğrunda mübarizələrini davam etdirir. Rəqibindən bir xal öndə olan komandamız qalib gəlməklə bu xal fərqini artırmış olacaq. Uğurlu nəticə həm də birinci pillədə gedən “Neftçi”ni nəzərdən buraxmamaq mənasında oyun olduqca vacib əhəmiyyət daşıyır. Ötən tur hər iki komandanın qələbə qazana bilmədiyini nəzərə alsaq, onların bu oyuna xüsusi köklənəcəyini qeyd etmək olar.
 
Hazırkı statistika. “Qarabağ"a qarşı birinci dövrədə keçirilmiş səfər qarşılaşmasında “Xəzər Lənkəran” 1:0 hesabı ilə qalib gəlmişdi. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş həmin oyunda yeganə qolu Konstantin Arbanas qapıdan keçirmişdi. Lənkırandakı oyunda isə "Qarabağ" 2:1 hesabl ilə qələbə qazanmışdı.
 
Komandaların bu tura kimi qeydə alınan göstəricilərinə nəzər salaq. “Qarabağ” bu mövsüm çempionatda keçirdiyi ev oyunlarında 9 dəfə qələbə qazanıb, 2 dəfə məğlub olub və 1 dəfə heç-heçə edib. Komandamızın səfər oyunlar statistikası isə belədir – 6 qələbə, 4 heç-heçə, 3 məğlubiyyət. Vurulan qollara görə “Qarabağ” – “Xəzər Lənkəran”dan öndədir – 29:33. Lakin komandamız bu həftəki rəqiblərindən iki qol az buraxıb – 14:16.
 
Ağdam komandası son altı oyunun beşində qələbə qazanıb, “Xəzər Lənkəran”ın isə son altı görüşdə 3 qələbəsi, 2 heç-heçəsi və 1 məğlubiyyəti var. Final mərhələsində hələ qələbə qazana bilməyən komandamız bu oyun azarkeşlərini sevindirməyə çalışacaq. Bundan əlavə “Xəzər Lənkəran” bu mərhələ çərçivəsində keçirilmiş üç turda yalnız bir qol vurub ki, onu da penalti zərbəsindən fərqlənməklə. Belə olduğu halda “Qarabağ”la oyun həm də qol susqunluğunu pozmaq üçün yaxşı məqam sayıla bilər.
 
Tarix. Milli çempionatlar çərçivəsində “Xəzər Lənkəran” indiyə kimi 8 dəfə “Qarabağ” səfərinə yollanıb. Müxtəlif stadionlarda keçirilən bu səkkiz oyunun heç birində heç-heçə qeydə alınmayıb – 6 dəfə rəqib, 2 dəfə isə komandamız qələbəni qeyd edib. Bu komandalar arasında ən böyük hesablı qələbə də məhz rəqib meydanında keçirilmiş oyunda qeydə alınıb – 2006/2007 mövsümündə keçirilmiş bu oyunda “Xəzər Lənkəran” 4:1 hesabı ilə üstün olub.
 
Oyunçular. “Bakı” ilə son qarşılaşmada zədələnən və bu oyunda iştirak edəcəyi sual altında olan Kosmin Frasinesku istisna olmaqla, heyətin digər oyunçuları ilə bağlı problemlər yoxdur.
 
Oyunun vaxtı və yeri. Oyun aprel ayının 10-u, Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda baş tutacaq. Oyunun başlama vaxtı saat 16:00.

Daha çox


Son xəbərlər