"Sabah" Sloveniya toplanışına qələbə ilə başladı

"Sabah" Sloveniya toplanışına qələbə ilə başladı
ÖLKƏ FUTBOLU 6 İyul 2024 / 22:45 4998
-  A +

Yaya hazırlığını Sloveniyada keçirən "Sabah" bu gün təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.

QOL.az xəbər verir ki, Krunoslav Renduliçin rəhbərlik etdiyi kollektiv  yerli "Koper" komandası ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 43-cü dəqiqədə Abdulla Xaybulayev vurub.

Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Sloveniyanın yüksək liqasında çıxış edən "Koper" ötən mövsümü 5-ci pillədə tamamlayıb.

Qeyd edək ki, "Sabah" Sloveniyada daha 3 yoxlama oyunu keçirəcək. Komanda iyulun 10-da Serbiyanın “Çukariçki”, 13-də Ukraynanın “Krivbass”, 17-də isə Ukraynanın “Rux” (Lvov) klubu ilə qarşılaşacaq. "Sabah" iyulun 18-də Bakıya qayıdacaq.  


Son xəbərlər
04.10.24  21:15

Poqba futbola qayıdır

04.10.24  20:25

"Borussiya"da itki

04.10.24  16:44

"Haaland vəhşidir"

04.10.24  14:39

Ramos "Yuventus"da?

04.10.24  10:56

Okan Buruk üzr istədi