Keyn İngiltərə millisinin tarixinə düşdü

Keyn İngiltərə millisinin tarixinə düşdü
XƏBƏR 17 İyun 2024 / 11:55 1865
-  A +

İngiltərə yığmasının hücumçusu Harri Keyn yeni rekorda imza atıb.

QOL.az xəbər verir ki, bu barədə "Opta Sport" məlumat yayıb. 30 yaşlı forvard Avro-2024-ün qrup mərhələsinin 1-ci turunda Serbiya millisi ilə oyunda (1:0) start heyətində meydana çıxıb. Nəticədə Harri İngiltərə millisi ilə Avropa və dünya çempionlarının əsas mərhələlərində 23-cü oyununu keçirib. Bu isə rekord göstəricidir.

Əvvəlki ən yaxşı nailiyyət keçmiş İngiltərə millisinin müdafiəçisi Eşli Koula məxsus idi (2001-2014).

Qeyd edək ki, Harri 2015-ci ildən İngiltərə millisinin üzvüdür. 


Son xəbərlər