Azərbaycan Premyer Liqasının qalibinə veriləcək kubok dəyişdi - Video+Şəkillər

Azərbaycan Premyer Liqasının qalibinə veriləcək kubok dəyişdi - Video+Şəkillər
VİDEO 17 May 2024 / 13:57 2970
-  A +

Peşəkar Futbol Liqası Azərbaycan çempionatlarında qaliblərə veriləcək yeni kubok və medalları təqdim edib.

QOL.az xəbər verir ki, Misli Premyer Liqasının yeni kuboku xüsusi dizaynla hazırlanıb. Kubokun hündürlüyü 68 santimetr, çəkisi 9 kiloqramdır. Çempionun mükafatı gümüş örtüklə cilalanıb. Kubokun aşağı hissəsində 10 komandanın çempionluq uğrunda mübarizə aparması, üzərində Premyer Liqada iştirak edən hər bir komandanın öz ulduzu əks olunub. Bütün rəqiblərini qabaqlayaraq çempion olan komandanın ulduzu digərlərindən ölçüsünə görə fərqlənir.

Kubokun üzərində Azərbaycan bayrağı təsvir olunub. Bu, bütün anların üçrəngli bayrağımızın altında yaşandığını əks etdirir. Kubokun tutacaq hissələrində birlik və bərabərliyin təcəssüm ilə yanaşı, tarixi irsimizdən hər zaman güc alıb, buna söykənərək ucalara qalxa biləcəyimizi nümayiş etdirən buta ornamentləri təsvir olunub.

Ümumilikdə kubokda bütün Azərbaycan xalqının, eləcə də futbol ictimaiyyətinin şanlı bayrağımızın altında bir olması və tariximizdən güc alaraq ucalara qalxmasının mümkünlüyü müxtəlif simvollarla əksini tapıb.

Əvəzedicilər Liqası, I Liqa və II Liqanın qalibinə verilən kuboklar da xüsusi dizayn ilə hazırlanıb. Burada hər bir liqanın xüsusiyyətlərini özündə əks etdirən məqamlar qeyd olunub. Kuboklarda liqada çıxış edən komandaların saylarına və hədəflərinə xüsusi işarələr öz əksini tapıb.

Qeyd edək ki, yarışlarda qalib və mükafatçılara veriləcək medallar da yeni dizaynda hazırlanıb.
























Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər