Türkiyəli oyunçu Fransa klubu tarixinin avrokuboklardakı bombardiri oldu

Türkiyəli oyunçu Fransa klubu tarixinin avrokuboklardakı bombardiri oldu
DÜNYA FUTBOLU 19 Aprel 2024 / 11:55 3118
-  A +

Türkiyə milli komandasının futbolçusu Yusuf Yazıçı Fransanın "Lill" klubunda mühüm iz qoyub.

QOL.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı hücumameylli yarımmüdafiəçi həmin komandanın Avropa kuboklarının bütün tarixi ərzində ən çox qol vuran futbolçusu olub.

Y.Yazıçı dünən Konfrans Liqasının 1/4 final mərhələsinin "Aston Villa"ya (İngiltərə) qarşı cavab matçında (2:1) komandasının ilk qolunu vurub. Bu, onun "Lill"in tərkibində avrokuboklarda vurduğu 12-ci qol olub. İndiyədək adıçəkilən komandanın heç bir oyunçusu qitə miqyaslı yarışda bu qədər fərqlənə bilməyib.

Y.Yazıçı eyni zamanda Hakan Çalhanoğlu ilə birgə Avropa kuboklarında əcnəbi klubun oyunçusu kimi ən çox qol vuran türk futbolçu da olub.


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır