Konfrans Liqasında yarımfinalçılar müəyyənləşdi

Konfrans Liqasında yarımfinalçılar müəyyənləşdi
KONFRANS LİQASI 19 Aprel 2024 / 01:52 12164
-  A +

Bu gün Konfrans Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

QOL.az xəbər verir ki, bütün cavab oyunları eyni gündə keçirilib. Bununla da yarımfinalın iştirakçıları bilinib.

Türkiyə "Fənərbaxça"sı evdə "Olimpiakos"u qəbul edib. Bu komandalar arasındakı ilk matçda "Olimpiakos" 3:2 hesablı qələbə qazanıb. Cavab görüşündə istanbul klubu 1:0 hesabı ilə qalib gəldiyindən əlavə vaxta ehtiyac duyulub. 30 dəqiqə ərzində hesab dəyişmədiyindən cütan taleyi penaltilər seriyasında həll olunub. Burada daha dəqiq oynayan yunanlar yarımfinala vəsiqə qazanıblar.   

UEFA Konfrans Liqası, 1/4 final mərhələsi, cavab oyunları

18 aprel

20:45. "Fiorentina" (İtaliya) - "Viktoriya" (Çexiya) - 2:0 

Qollar:  Nicolas Gonzalez, 92, Kristiano Biraqi, 108

Qırmızı vərəqə: Kadu, 66 ("Viktoriya")

İlk oyun 0:0

20:45. "Lill" (Fransa) - "Aston Villa" (İngiltərə) - 2:1, pen - 3:4

Qollar: Yusuf Yazıçı, 15 (1:0), Benjamin Andre, 67 (2:0), Metti Keş, 87 (2:1)

İlk oyun 1:2

23:00. "Fənərbaxça" (Türkiyə) - "Olimpiakos" (Yunanıstan) 1:0, pen. - 2:3

Qol: Irfan Can Kahveci, 11

Qırmızı vərəqə: Andreas Ntoi, 120+4 ("Olimpiakos")

İlk oyun 2:3

23:00. PAOK (Yunanıstan) - "Brügge" (Belçika) - 0:2

Qollar: Ferran Judjla, 33, 45

İlk oyun 0:1

Yarımfinal cütləri:

"Fiorentina" (İtaliya) - "Brügge" (Belçika)

"Aston Villa" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan)

Qeyd edək ki, bu mərhələnin ilk oyunları mayın 2-də, cavab görüşləri isə 1 həftə sonra keçiriləcək. 


Son xəbərlər
30.04.24  09:27

"Lester" çempion oldu