Türkiyə yığmasına "Qalatasaray"dan 6 futbolçu çağırıldı

Türkiyə yığmasına "Qalatasaray"dan 6 futbolçu çağırıldı
DÜNYA FUTBOLU 20 Mart 2011 / 13:08 2938
-  A +

Martın 29-da Avstriya yığması ilə Avro-2012-nin seçmə qrup matçında üz-üzə gələcək Türkiyə milli komandasının heyəti açıqlanıb. Qol.Az-ın məlumatına görə, baş məşqçi Qus Hiddink İstanbulda baş tutacaq oyuna 24 futbolçu dəvət edib. 

O, uğursuz mövsüm keçirən "Qalatasaray"dan 6 futbolçu çağırıb. Bunlar Gökhan Zan, Sərvət Çətin, Kazım Kazım, Arda Turan, Yekta Kurtuluş və Hakan Baltadır. Lider "Fənərbaxça" isə yığmada 5 oyunçu - Volkan Dəmirəl, Gökhan Gönül, Mert Günok, Mehmet Topuz və Semih Şəntürklə təmsil olunacaq. Digər futbolçular isə aşağıdakılardır:

Umut Bulut, Burak Yılmaz, Selçuk İnan (hamısı "Trabzonspor"), Əmrə Güngör, Cenk Tosun ("Qaziantepspor"), İsmail Köybaşı ("Beşiktaş"), Sərdar Kəsimal ("Kayserispor"), Nuri Şahin ("Borussiya" Dortmund, Almaniya), Mehmet Ekici ("Nürnberq", Almaniya), Tunay Torun ("Hamburq" Almaniya), Mehmet Topal ("Valensiya", İspaniya), Hamit Altıntop ("Bavariya" Almaniya), Sinan Bolat ("Standard", Belçika). 

Qeyd edək ki, Bakı vaxtı ilə saat 22:30-da başlanacaq Türkiyə - Avstriya matçı "Şükrü Saracoğlu" stadionunda keçiriləcək.      

Son xəbərlər