Bu gün Misli Premyer Liqasında 28-ci tura start verilib.
QOL.az xəbər verir ki, ilk gündə 2 matç keçirilib. 3-cü yerdəki "Neftçi" autsayder "Qəbələ"nin qonağı olub. Görüş "Neftçi"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da "Neftçi" xallarının sayını 43-ə çatdırıb və 2-ci pilləyə yüksəlib.
Digər oyunda "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Kəpəz"lə qarşılaşıb. Ağdam təmsilçisi rəqibini 6:1 hesabı ilə məğlub edib. Bununla da "Qarabağ" xallarının sayını 69-a çatdırıb. Nəticədə "Qarabağ" son 8 turun nəticəsindən asılı olmayaraq, tarixində 11-ci dəfə Azərbaycan çempionu olub.
Qeyd edək ki, 28-ci tura 30 və 31 mart tarixlərində keçiriləcək oyunlara yekun vurulacaq.
29 mart (cümə)
19:00. “Kəpəz” – “Qarabağ” - 1:6
Qollar: Julio Romao, 21 (0:1), Olavio Juninyo, 52 (0:2), 56 (0:3), Abbas Hüseynov, 64 (0:4), Elvin Cəfərquliyev, 69 (0:5), Redon Cica, 89 (0:6), Latir Fal, 90 (1:6)
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli
Tofiq Bəhramov adına Respublika Stadionu
16:30. “Qəbələ” – “Neftçi” - 0:1
Qol: Kilan Lebon, 42 (0:1)
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı
Qəbələ şəhər stadionu
30 mart (şənbə)
16:30. “Səbail” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Fərid Hacıyev
“ASCO Arena”
19:00. “Sabah” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
“Bank Respublika Arena”
31 mart (bazar)
18:00. “Sumqayıt” – “Araz-Naxçıvan”
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qarabağ | 28 | 22 | 3 | 3 | 77-24 | 69 |
2 | Neftçi | 28 | 12 | 7 | 9 | 35-29 | 43 |
3 | Sabah | 27 | 11 | 7 | 9 | 39-32 | 40 |
4 | Zirə | 27 | 10 | 9 | 8 | 21-18 | 39 |
5 | Sumqayıt | 27 | 10 | 9 | 8 | 26-32 | 39 |
6 | Səbail | 27 | 10 | 7 | 10 | 39-41 | 37 |
7 | Turan Tovuz | 27 | 9 | 8 | 10 | 41-38 | 35 |
8 | Araz-Naxçıvan | 27 | 8 | 8 | 11 | 27-36 | 32 |
9 | Kəpəz | 28 | 7 | 6 | 15 | 30-53 | 27 |
10 | Qəbələ | 28 | 4 | 4 | 20 | 20-52 | 16 |
Bombardirlər:
Olavio Juninyo ("Qarabağ") - 17 qol
Aleksandr Ramalinqom ("Səbail") - 11 qol
Orxan Əliyev ("Araz-Naxçıvan") - 9 qol
Yassin Benzia ("Qarabağ") - 9 qol
"Liverpul"dan xal itkisi
Keyn mükafat alacaq
Virtz "Bayer"də qalır
"Traktor" 1/4 finalda
"Real"dan qələbə
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı
"Mingəçevir" 3 xalı bu cür qazandı - Video
"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Şamaxıda vurulan baxımlı qollar - Video
PSJ hücumçusunu satdı
"Şamaxı" və "Mingəçevir"dən qələbə
Azərbaycan U-18 millisinin heyəti açıqlandı
İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi
“Barselona” De Yonqu satacaq
Finalın nominal meydan sahibi və başlanma saatı bilindi
Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
Aksel Vitsellə müqavilə uzadılır
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi qərarları açıqladı
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
De Brüynedən baxımlı qol - Video
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
"Karvan" səfərdə 4 qol vurdu - Video
Azərbaycan idmançısından Portuqaliyada üçüncü medal