Tonali mərc oyunlarında 50 qayda pozuntusunda ittiham olunur

Tonali mərc oyunlarında 50 qayda pozuntusunda ittiham olunur
DÜNYA FUTBOLU 28 Mart 2024 / 20:09 1742
-  A +

İngiltərə Futbol Assosiasiyası "Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonalini mərc oyunlarında daha 50 qayda pozuntusu etməkdə ittiham edib.

QOL.az xəbər verir ki, assosiasiyanın bu barədə yaydığı bəyanatda deyilir:

“Sandro Tonali mərc oyun qaydalarının pozulması ilə bağlı qanunsuzluqda ittiham olunub. “Nyukasl"ın yarımmüdafiəçisinin 12 avqust 2023-cü il və 12 oktyabr 2023-cü il tarixləri arasında futbol matçlarına mərc edərkən 50 dəfə qaydaları pozduğu iddia edilir. Sandro Tonali sorğuya 2024-cü il aprelin 5-dək cavab verməlidir”.

Xatırladaq ki, italyan futbolçu ötən ilin oktyabr ayında "Milan"da çıxış edərkən qanunsuz mərc oynadığına görə 10 aylıq diskvalifikasiya edilmişdi. O, İngiltərə Premyer Liqasında mövsümünün qalan hissəsini, eləcə də Avro-2024-ü buraxacaq. 


Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə