Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, 8 qarşılaşma arasında daha çox Rusiya ilə Hollandiyanın rəqabəti böyük maraq doğurub.
Rusiyanın "Zenit" klubu səfərdə keçirdiyi ilk oyunda "Tvente"yə 0:3 hesabı ilə məğlub olmaqla işini çətinə salmışdı. Peterburq təmsilçisi növbəti mərhələyə adlamaq üçün rəqibinə ən azı 3 cavabsız qol vurmalı idi. Lakin piterlilər cəmi 2 dəfə fərqlənə bildiklərindən, mübarizəni dayandırıblar. Rusiyanın digər təmsilçisi "Spartak" isə Hollandiyanın ən köklü komandası "Ayaks"ı üstələməyi bacarıb. Səfərdə rəqibinə1:0 hesabı ilə qalib gələn "Spartak" öz meydançasında daha 3 qol vurub.
Moskvanın CSKA klubu isə çətin "Porto" səfərindən ilk oyundakı kimi məğlub ayrılıb. Öz meydanında rəqibinə 0:1 hesabı ilə uduzmuş "hərbçilər"in Portuqaliyada işi daha çətin olub. "Portu" 2:1 hesabı ilə qalib gələrək, növbəti mərhələyə çıxıb.
"Mançester Siti" "Dinamo"nu yensə də mübarizəni dayandırıb. İngiltərənin digər təmsilçisi "Liverpul" da "Braqa"ya iki oyunun nəticələrinin cəmində uduzub. "Villareal" isə "Bayer"ə heç bir şans verməyib.
Beləliklə, 1/4 finala Portuqaliyanın "Portu", "Braqa" və "Benfika", Hollandiyanın PSV və "Tvente", İspaniyanın "Vilyarreal", Ukraynanın "Dinamo" (Kiyev) və Rusiyanın "Spartak" klubları vəsiqə qazanıb. Avropanın İngiltərə, İtaliya, Almaniya və Fransa kimi aparıcı çempionatlarından isə heç bir komanda 8 ən güclü komanda sırasına çıxa bilməyib. 1/4 final və yarımfinal mərhələlərinin püşkü bu gün atılacaq.
17 mart
Avropa Liqası: 1/8 final mərhələsinin cavab görüşləri
00:05. "Porto" (Portuqaliya) - CSKA (Moskva, Rusiya) - 2:1
Qollar: Halk, 1 (1:0). Freddi Quarin, 24 (2:0). Zoran Toşiç, 29 (2:1)
İlk oyun - 1:0
00:05. "Liverpul" (İngiltərə) - "Braqa" (Portuqaliya) - 0:0
İlk oyun - 0:1
00:05. "Reyncers" (Şotlandiya) - "PSV" (Hollandiya) - 0:1
Qol: Jeremen Lens, 13 (0:1)
İlk oyun - 0:0
00:05. "Villareal" (İspaniya) - "Bayer" (Almaniya) - 2:1
Qollar: Santyaqo Kasorla, 33 (1:0). Cüzeppe Rossi, 61 (2:0), Eren Derdiyok, 82 (2:1)
İlk oyun - 3:2
22:00. "Mançester Siti" (İngiltərə) - "Dinamo" (Kiyev, Ukrayna) - 1:0
Qol: Aleksandar Kolarov, 39 (1:0)
Qırmızı vərəqə: Mario Balotelli, 36 ("Mançester Siti")
İlk oyun - 0:2
22:00. PSJ (Fransa) - "Benfika" (Portuqaliya) - 1:1
Qollar: Nikolas Qaytan, 27 (0:1). Matyö Bodmer, 35 (1:1)
İlk oyun - 1:2
22:00. "Spartak" (Moskva, Rusiya) - "Ayaks" (Hollandiya) - 3:0
Qollar: Dmitri Kombarov, 21 (1:0). Velliton, 30 (2:0). Aleks, 54 (3:0)
İlk oyun - 1:0
22:00. "Zenit" (Rusiya) - "Tvente" (Hollandiya) - 2:0
Qollar: Roman Şirokov, 16 (1:0). Aleksandr Kerjakov, 37 (2:0)
İlk oyun – 0:3.
Ronaldonun komanda yoldaşı klubdan ayrılır
"Mançester Siti" "Qalatasaray"la matça itkilərlə çıxacaq
Millimizin üzvü "Ayaks"a qarşı oynadı
Futbolçu azarkeşlərlə dava etdi - Video
"Kəpəz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Bavariya"dan mövsümün ilk məğlubiyyəti
Arda Gülerin "Real"dakı gələcəyi bilindi
"Qəbələ"nin böyük hesablı qələbəsi - Video
"Bu qələbəyə çox ehtiyacımız var idi" - "Kəpəz"in futbolçusu
Millimiz Danimarkanı məğlub etdi
"Kəpəz" "Qarabağ"a, "Qəbələ" "Şamaxı"ya qalib gəldi
“Araz-Naxçıvan”ın Maçadosu 20-yə çatdı
"Neftçi"dən 100-cü qolsuz oyun
"Araz-Naxçıvan" 21-ci oldu
Traore "Fulhem"dən ayrılır
"Bu matç bizim ayılmağımıza təsir edəcək" - Ayxan Abbasov
“Liverpul”dan gedir