Çempionlar Liqasının 1/8 final mərhələsinin son 2 cavab görüşü keçirilib. Qol.Az-ın məlumatına görə, "Real Madrid" öz meydanında Fransanın "Lion" klubunu qəbul edib.
İlk görüşdə qeydə alınan 1:1 hesablı bərabərlik daha çox İspaniya komandasının növbəti mərhələ şanslarını artırırdı. Lakin "Lion"un bu dəfə də "Real Madrid"ə başağrısı olacağı gözlənilirdi. 2003-2004-cü il mövsümündən sonra 1/4 final mərhələsinə yüksələ bilməyən "Real" doğma azarkeşləri önündə qələbə qazanmaqla bu uğursuzluğa son qoymağa çalışmalı idi. "Kral klubu" buna böyük hesablı qələbə ilə nail oldu. İlk yarıda Marselonun qolu ilə önə çıxan Joze Mourinyonun komandası fasilədən sonra daha 2 dəfə fərqləndi. Son oyunlarda qol vurmaqdan doymayan Kərim Benzema yenidən öz sözünü dedi, son nöqtəni isə Anxel Di Mariya qoydu.
Günün digər qarşılaşması isə İngiltərədə baş tutdu. Burada "Çelsi" Danimarkanın "Kopenhagen" klubunu qəbul etdi. Danimarkada keçirilmiş ilk görüşdə rəqibinə 2:0 hesabı ilə qalib gələn "Çelsi"nin bir qədər rahat oynayacağı gözlənilirdi. Belə də oldu. Oyun elə başladığı kimi də yekunlaşdı.
Beləliklə, "Tottenhem" və "Mançester Yunayted"in ardından İngiltərənin daha bir klubu - "Çelsi" də 1/4 finala çıxdı. "Real Madrid" isə İspaniyanın "Barselona"dan sonra mərhələ adlayan ikinci təmsilçisi oldu. "Şaxtyor" (Ukrayna), "Şalke 04" (Almaniya) və "İnter" (İtaliya) da bu hüquqa yiyələndilər. 1/4 və yarımfinal mərhələlərinin püşkatma mərasimi martın 18-də İsveçrənin Nyon şəhərində keçiriləcək.
16 mart
23:45."Çelsi" (İngiltərə) - "Kopenhagen" (Danimarka) - 0:0
"Çelsi": 1. Petr Çex, 2. Branislav İvanoviç, 3. Eşli Koul, 7. Ramires, 8. Frenk Lempard, 11. Didye Droqba, 12. Con Obi Mikel (5. Mikael Essyen, 84), 17. Joze Bosinqva, 18. Yuri Jirkov (15. Floran Maluda, 75), 26. Con Terri, 39. Nikolya Anelka (9. Fernando Torres, 68)
"Kopenhagen": 21. Yuhan Viland, 3. Pyer Benqtsson (18. Kennet Zohore, 61), 6. Klaudemir, 8. Villyam Kvist, 10. Yesper Qronkyar, 14. Dam Ndoy, 15. Mikael Antonsson, 17. Oskar Vendt, 20. Martin Vinqor (11. Sezar Santin, 74), 25. Matias Yorgensen, 30. Kristian Bolanyos (16. Tomas Kristensen, 90)
İlk oyun - 2:0
23:45."Real Madrid" (İspaniya) - "Lion" (Fransa) - 3:0
Qollar: Marselo, 37 (1:0). Kərim Benzema, 66 (2:0), Anxel Di Mariya, 76 (3:0)
"Real Madrid": 1. İker Kasilyas, 2. Rikardu Karvalyu, 3. Pepe, 4. Serxio Ramos, 7. Kristianu Ronaldu (28. Emmanuel Adebayor, 74), 9. Kərim Benzema (10. Lassana Diarra, 84), 12. Marselo, 14. Xabi Alonso, 22. Anxel Di Mariya (11. Esteban Qranero, 79), 23. Məsut Özil, 24. Sami Xedira
"Lion": 1. Yuqo Lyoris, 3. Kris, 5. Deyan Lovren, 6. Kim Kellstrem, 7. Jimmi Brian (18. Bafetimbi Qomis, 46), 9. Lisandro, 13. Antoni Reveyer, 19. Sesar Delqado (8. Miralem Pyaniç, 80), 20. Əli Sissoko, 28. Jeremi Tulalan, 29. Yoann Qurküff (24. Jeremi Pied, 69).
İlk oyun - 1:1
15 mart
"Bavariya" (Almaniya) - "İnter" (İtaliya) - 2:3
Qollar: Mario Qomes, 21. Tomas Müller, 31 - Samuel EtoO, 4. Uesli Sneyder, 63. Qoran Pandev, 88
"Bavariya": 35. Tomas Kraft, 21. Filipp Lam, 5. Daniel van Buyten (28. Holger Badştuber, 70), 2. Breno (39. Toni Kros, 90), 23. Daniyel Pranjiç, 31. Bastian Şvaynştayger, 30. Qustavo Luis, 10. Aryen Robben (8. Hamit Altıntop, 68), 25. Tomas Müller, 7. Frank Riberi, 33. Mario Qomes.
"İnter": 1. Xulio Sesar, 13. Maykon, 6. Lusio, 15. Andrea Ranoççia, 6. Lusiu, 26. Kristian Kivu (55. Yuto Naqatomo, 87), 8. Tyaqu Motta, 5. Deyan Stankoviç (29. Filipp Koutinyo, 51), 19. Esteban Kambyasso, 10. Uesli Sneyder, 9. Samuel EtoO, 27. Qoran Pandev (14. Hussin Xarja, 90).
Baş hakim: Pedro Proensa (Portuqaliya)
İlk oyun - 1:0
"Mançester Yunayted" (İngiltərə) - "Marsel" (Fransa) - 2:1
Qollar: Xavyer Ernandes, 5; 75 - Ues Braun, 82-avt.
"Mançester Yunayted": 1. Edvin van der Sar, 22. Con OŞi (21. Rafael da Silva, 37), 12. Kristofer Smollinq, 6. Ues Braun, 3. Patris Evra, 17. Luiş Nani (25. Luis Antonio Valensia, 61), 16. Maykl Karrik, 18. Pol Skoulz, 11. Rayan Giqqz, 10. Ueyn Runi, 14. Xavyer Ernandes
"Marsel": 30. Stiv Mandanda, 24. Rod Fanni, 21. Süleyman Diavara, 19. Qabriel Hayntse, 3. Taye Tayvo, 17. Stefan MBia, 80 (15. Cordan Ayyu,80), 8. Luço Qonsales, 7. Benua Şeyru, 11. Loik Remi, 10. Andre-Pyer Jinyak (28. Matyö Valbuena, 69), Andre Ayyu
İlk oyun: - 0:0
9 mart
"Tottenhem" (İngiltərə) - "Milan" (İtaliya) - 0:0
"Tottenhem": 1. Eurelio Qomes, 22. Vedran Çorluka, 20. Maykl Douson, 14. Uilyam Qallas, 32. Benua Assu-Ekotto, 7. Aaron Lennon, 30. Ranyeri Gimaraeş Kordeyro Sandro, 14. Luka Modriç, 40. Stiven Pinar (8. Cermeyn Cenas, 71), 11. Rafael van der Vart (3. Qaret Beyl, 66), 15. Piter Krauç (9. Roman Pavlyuçenko, 83)
"Milan": 32. Kristian Abbyati, 20. İqnasio Abate, 13. Alessandro Nesta, 33. Tiaqo Silva, 18. Marek Yankulovski (77. Luka Antonini, 70), 10. Klarens Zeedorf, 27. Kevin-Prins Boatenq (52. Aleksandr Merkel, 76), 16. Matyö Flamini (14. Rodni Ştrasser, 87), 70. Robinyo, 7. Alexandre Pato, 11. Zlatan İbrahimoviç
İlk oyun - 1:0
"Şalke 04" (Almaniya) - "Valensiya" (İspaniya) - 3:1
Qollar: Rikardu Koşta, 17 (0:1). Cefferson Farfan, 40 (1:1). Mario Qavranoviç, 52 (2:1). Cefferson Farfan, 90 (3:1)
"Şalke 04": 1. Manuel Noyer, 22. Atsudo Uçida, 4. Benedikt Hövedes, 21. Kristof Metselder, 3. Serjio Eskudero, 12. Peer Kluge (2. Hans Sarpey, 82), 32. Joel Matip (14. Kiriakos Papadopulos, 60), 18. Xose Manuel Xurado (31. Yulian Draksler, 76), 17. Cefferson Farfan, 7. Raul, 19. Mario Qavranoviç
"Valensiya": 13. Visente Quayta, 2. Bruno Saltor, 20. Rikardu Koşta, 4. David Navarro, 22. Ceremi Matyö, 5. Mehmet Topal, 21. Ever Baneqa (24. Tino Koşta, 71), 7. Xoakin, 19. Pablo Ernandes (9. Roberto Soldado, 64), 10. Xuan Mata, 11. Arits Adurits (16. Jonas, 74)
İlk oyun - 1:1
8 mart
"Şaxtyor" (Ukrayna) - "Roma" (İtaliya) - 3:0
Qollar: Tomas Hübşman, 18 (1:0), Villian, 58 (2:0). Eduardo, 87 (3:0)
Qırmızı vərəqə: Filip Mekses, 41 ("Roma)
Penaltini vura bilməyib: Marko Borryello, 28 ("Roma")
"Şaxtyor": 30. Andrey Pyatov, 33. Dario Srna, 27. Dmitri Çiqrinski, 44. Yaroslav Rakitski, 26. Razvan Rats, 22. Henrik Mxitaryan (29. Aleks Teyşeyra, 67), 3. Tomas Hübşman, 20. Duqlas Kosta (11. Eduardo, 60), 8. Jadson, 10. Villian, 9. Luis Adriano (99. Marselo Moreno, 75)
"Roma": 32. Doni, 29. Nikolas Burdisso, 4. Juan, 5. Filip Mekses, 17. Con-Arne Riise, 11. Rodriqo Taddei (87. Aleandro Rosi, 46), 16. Daniele De Rossi, 7. David Pizarro, 20. Simone Perrotta (47. Canluka Kaprari, 86), 9. Mirko Vuçiniç (33. Matteo Brigi, 66), 22. Marko Borryello.
Baş hakim: Martin Atkinson (İngiltərə)
İlk oyun - 3:2
"Barselona" (İspaniya) - "Arsenal" (İngiltərə) - 3:1
Qollar: Lionel Messi, 45 (1:0), Serxio Buskets, 53-avtoqol (1:1), Xavi Ernandes, 69 (2:1). Lionel Messi, 71-penalti ilə (3:1)
Qırmızı vərəqə: Robin van Persi, 56 ("Arsenal")
"Barselona": 1. Viktor Valdes, 2. Daniel Alveş, 22. Erik Abidal, 16. Serxio Buskets, 21. Adriano (19. Maksvell, 90), 6. Xavi Ernandes, 14. Xavyer Maskerano (15. Seydu Keyta, 89), 8. Andres İnyesta, 17. Pedro Rodriges, 10. Lionel Messi, 7. David Vilya
"Arsenal": 53. Voytsex Şesnı (1. Manuel Almuniya, 19), 3. Bakari Sanya, 20. Yohan Curu, 6. Loren Kostselnı, 22. Qael Klişi, 19. Cek Uilşir, 2. Abu Diabi, 8. Samir Nəsri, 4. Sesk Fabreqas (52. Niklas Bendtner, 78), 7. Tomaş Rositski (23. Andrey Arşavin, 74), 10. Robin van Persi.
Baş hakim: Massimo Buzakka (İsveçrə)
İlk oyun - 1:2.
"Barselona" onunla yeni müqavilə imzaladığını açıqladı
"Qarabağ"ın Avstriyadakı oyununda 9 qol - Video
“Qarabağ” Ukrayna komandasına uduzdu
"Şamaxı" növbəti transferini rəsmən açıqladı
“Qalatasaray” - “Napoli” danışıqlarında son durum
“Karvan”dan yayın ilk transferi
"Zirə"də yeni müqavilə - Rəsmi
"Araz-Naxçıvan" Superliqanın 2 təmsilçisi ilə qarşılaşacaq
Misli Premyer Liqasının püşkü bu tarixdə atılacaq
"Zirə"nin rəqibinin ulduz futbolçusu karyerasını başa vurdu
"Sabah" - "Çelye" oyununa nə qədər bilet satılıb?
“İmişli”də yeni qapıçı
Teo Ernandesin transferi tamamlanmaq üzrədir
"Real" oyunun təxirə salınmasını istəyir
Azərbaycan Premyer Liqasında 12 klubdan 5-nin baş məşqçisi əcnəbidir - Bəs, İliç kimdir?
"Sumqayıt" yeni baş məşqçisini açıqladı
"Şamaxı"dan ayrılan futbolçu bu kluba keçdi
"Əl-Əhli"nin hədəfi Messidir
"Bakı və "Qarabağ" həmişə qəlbimdə yer alacaq" - Jezniçak
QOL.az-dan yeni imkanlar...
Mbappe "Real"da heç kimin bacarmadığını etdi
Millimiz Avropa çempionatında ikinci yeri tutdu
"Turan Tovuz" Türkiyəyə getdi
Kuboku yenə Meksika qazandı
Gürcüstan millisinin üzvü “Sportinq”də
Donnarumma ağır zədəyə səbəb olduqdan sonra şoka düşüb
Avropa çempionatında 1 gümüş, 2 bürünc medal
Millimizin qapıçısı sabiq klubuna qayıtdı
"Zirə"nin Boluda ilk məşqi - Şəkillər
"Fənərbaxça" yeni transferini açıqladı
"Atalanta" onu "Nyukasl"a buraxmır
Patrik Vieyra onun transferinin qarşısını aldı
"Mançester Yunayted"in yeni hədəfi bilindi
"Şamaxı"dan legioner transferi - Rəsmi
Yalnız "Tottenhem"i istəyir
"Arsenal" Gyökereşin transferinə yaxınlaşır
"Qarabağ" və "Zirə"dən daha çox transfer gözləntiləri var"
"Portu"nun yeni baş məşqçisi açıqlandı
Subimendi "Arsenal"da - Rəsmi