"Nə deyə bilərəm? Əhvalım yaxşı deyil. Oyuna çox gözəl başladıq. Qırmızı vərəqə planlarımızı korladı. Rəqib standart vəziyyətlərdən istifadə etdi. Bundan başqa qol imkanları yox idi. "Qarabağ"la oyunun ilk hissəsində çox yaxşı çıxış etdik. Bu gün onun 10 qatını bacardıq. Nələrisə dəyişməyə çalışırıq. Sonradan oyuna girənlər keyfiyyət göstərmədilər. Ümumiyyətlə, bəzi futbolçularımızın keyfiyyəti aşağıdır. Bunu demək istəmirdim. Amma məcburam".
QOL.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqanın 25-ci turunun "Səbail"lə oyunundan (2:3) sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.
- "Qəbələ"nin qırmızı vərəqələrdən qurtulması üçün nə etmək lazımdır?
- Bu, futbolçuların fərdi keyfiyəti ilə bağlıdır. "Qarabağ"la matçda Feras rəqibə o cür müdaxilə etməməli idi. Bugünkü qırmızı vərəqə texniki səhvin nəticəsində oldu. Dəyişmək istədiyimiz çox şey var. Bu gün cinah müdafiəçilərini dəyişdik. Onların hansı vəziyyətdə olduğunu gördünüz. Asif Məmmədovun yaşı çox olduğu üçün ona istirahət verdik. Ehtiyat oyunçular skamyasında olanların performansından məmnun deyiləm.
- 11 tura 11 xal fərqini aradan qaldırmaq mümkün olacaq?
- Nə qədər ki, şans var, sona kimi mübarizə aparacağıq.
- Futbolçularla qırmızı vərəqələrlə bağlı maarifləndirici söhbətiniz olub?
- Bu, futbolçunun fərdi keyfiyyətindən asılıdır. Nəsə öyrədə bilərik. Ustalıq səviyyəsi aşağı olduğu üçün futbolçular qırmızı vərəqə alır. Hər dəfə yada salmalıyıq ki, qırmızıdan uzaq olun. Mən sona kimi mübarizə aparan insanam. Heç vaxt vaz keçməmişəm. Bu, "Standart"da da, "İnter"də də belə olub. (Sportal.az)
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?