"Qarabağ" Avropa Liqasının 1/8 finalında

 "Qarabağ" Avropa Liqasının 1/8 finalında
ÖLKƏ FUTBOLU 23 Fevral 2024 / 00:22 15026
-  A +

Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçirilib.

QOL.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Qarabağ" da meydana çıxıb.

Qurban Qurbanovun komandası Bakıda "Braqa"nı qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən dramatik görüşdə azlıqda qalan - 10 nəfərlə oynayan "Qarabağ" "Braqa"ya 2:3 hesabı ilə uduzub.

Lakin Portuqaliyada 4:2 hesabı ilə möhtəşəm qələbə qazanan Ağdam təmsilçisi iki oyunun nəticəsinə görə qalib gələrək (6:5) 1/8 finala adlayıb və Azərbaycan futbolunda daha bir tarix yazıb.

22 fevral

UEFA Avropa Liqası

Pley-off mərhələsinin cavab oyunu

21:45. "Qarabağ" (Azərbaycan) - "Braqa" (Portuqaliya) - 2:3 

Qollar: Rojer Fernandes, 70 (0:1), Alvaro Djalo, 83 (0:1), Mateus Silva, 102 (1:2), Simon Banza, 115-pen. (1:3), Nəriman Axundzadə, 120+2 (2:3)

Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 57 ("Qarabağ")

Baş hakim: Georgi Kabakov (Bolqarıstan)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

İlk oyun - 4:2

Daha çox


Son xəbərlər