"Qarabağ"dan darmadağın, "Zirə" "Səbail"ə qalib gəldi

"Qarabağ"dan darmadağın, "Zirə" "Səbail"ə qalib gəldi
ÖLKƏ FUTBOLU 30 Yanvar 2024 / 20:56 18468
-  A +

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.

QOL.az xəbər verir ki, ilk olaraq "Səbail" "Zirə"ni qəbul edib. Görüş "Zirə"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün son matçında isə "Qarabağ" "Sabah"ın qonağı olub. Oyun Ağdam klubunun böyükhesablı qələbəsi ilə başa çatıb. Rəqibini 7:1 hesabı ilə məğlub edən "Qarabağ" yarımfinala vəsiqəni böyük ölçüdə həll edib.

Qeyd edək ki, bu mərhələnin digər iki oyunu sabah keçiriləcək.

Əlavə edək ki, 1/4 finalın cavab matçları 8-9  fevral tarixlərində oynanılacaq.

30 yanvar (çərşənbə axşamı)

19:00.“Sabah” – “Qarabağ” - 1:7 

Qollar: Hamidu Keyta, 20 (0:1), Juninyo, 28 (0:2), Nəriman Axundzadə, 45+3 (0:3), Juninyo, 55 (0:4), Cesse Sekidika, 63 (1:4), Abdullah Zubir, 77 (1:5), Adama Diakabi, 87 (1:6), Abdullaj Zubir, 90+3 (1:7)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
“Bank Respublika Arena”

15:00. “Səbail” – “Zirə” - 1:2

Qollar: Anas Najah, 48-avtoqol (0:1), Ruan Renato, 60 (0:2), Aleksandr Ramalinqom, 70 (1:2)
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamran Əliyev
“ASCO Arena”

31 yanvar (çərşənbə)

16:00. “Araz-Naxçıvan” – “Qəbələ”
Hakimlər:
Rauf Allahverdiyev, Vüsal Məmmədov, Cəmil Quliyev, Səbuhi Bayramov
“Dalğa Arena”

19:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər
: Rəşad Əhmədov, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev
“Kapital Bank Arena”

Yarımfinal cütlükləri

"Səbail"/"Zirə" - "Araz-Naxçıvan"/"Qəbələ"
"Sumqayıt"/"Neftçi" - "Sabah"/"Qarabağ"

Daha çox


Son xəbərlər
03.05.25  18:57

"Real"da növbəti itki

03.05.25  09:00

"Real"dan gedir