Misli Premyer Liqasında 18-ci tur davam edir.
QOL.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib. Əvvəlcə "Turan Tovuz" "Araz-Naxçıvan"ı qəbul edib. Matçın 81-ci dəqiqəsində güclü küləyin təsirindən işıq dirəyi aşdığı üçün görüş yarımçıq dayandırılıb.Peşəkar Futbol Liqası, hakimlər və klubların təcili iclasından sonra matçın 24 dekabr (sabah) saat 12:00-da dayandırıldığı dəqiqədən etibarən davam etdirilməsi qərara alınıb.
Saat 18:00-da isə "Sumqayıt" - "Səbail" görüşü başlayıb. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə "Sumqayıt" turnir cədvəlində 3-cü pilləyə yüksəlib.
Qeyd edək ki, tura ötən gün start verilib. Son 2 görüş isə dekabrın 24-də keçiriləcək.
Misli Premyer Liqası, 18-ci tur
23 dekabr
18:30."Sumqayıt" - "Səbail" - 1:0
Qol: Adi Mehremiç, 70-avtoqol
"Kapital Bank Arena"
16:00."Turan Tovuz" - "Araz-Naxçıvan" - 2:1 (81-ci dəqiqədə yarımçıq dayandırılıb və oyun təxirə salınıb)
Qollar: Xəyal Nəcəfov, 7 (1:0), Bruno Qonçalveş, 16 (2:0), İsmail Azzaui, 58-pen. (2:1)
Tovuz şəhər stadionu
24 dekabr
16:00."Neftçi" - "Kəpəz"
"Neftçi Arena"
18:30."Zirə" - "Qarabağ"
Zirə İdman Komleksi
22 dekabr
16:00 "Qəbələ" - "Sabah" - 1:0
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qarabağ | 17 | 12 | 2 | 3 | 44-14 | 38 |
2 | Zirə | 17 | 8 | 5 | 4 | 13-9 | 29 |
3 | Sumqayıt | 18 | 7 | 6 | 5 | 19-23 | 27 |
4 | Səbail | 18 | 7 | 5 | 6 | 26-27 | 26 |
5 | Araz-Naxçıvan | 17 | 7 | 5 | 5 | 19-16 | 26 |
6 | Neftçi | 17 | 7 | 4 | 6 | 19-17 | 25 |
7 | Sabah | 18 | 6 | 4 | 8 | 25-22 | 22 |
8 | Turan Tovuz | 17 | 5 | 4 | 8 | 26-27 | 19 |
9 | Kəpəz | 17 | 3 | 5 | 9 | 11-27 | 14 |
10 | Qəbələ | 18 | 4 | 2 | 12 | 12-32 | 14 |
Bombardirlər:
Olavio Juninyo ("Qarabağ") - 12 qol
Aleksandr Ramalinqom ("Səbail") - 7 qol
Yassin Benzia ("Qarabağ") - 6 qol
Hamidu Keyta ("Qarabağ") - 6 qol
Leandro Andrade ("Qarabağ") - 6 qol
Otto Con ("Turan Tovuz") - 6 qol
Rəhman Hacıyev ("Neftçi") - 5 qol
Pedro Nuno ("Səbail") - 5 qol
Orxan Əliyev ("Araz-Naxçıvan") - 5 qol
Roi Kehat ("Sumqayıt") - 5 qol
40 il sonra ilk dəfə...
"Lerik"in qalib gəldiyi oyunda baxımlı qollar - Video
Ronaldo prezidentliyə namizədlikdən imtina etdi
“Azərbaycan xalqının futbola olan sevgisini göstəririk”
2-ci Liqa matçında vurulan 6 qol - Video
Kyellinin vəzifəsi yüksəldilir
Orxan Məmmədovdan yeni açıqlamalar
Nani Bakıdadır
Püşkü Qurban Qurbanov çəkdi- Şəkillər
"Mingəçevir" afrikalı futbolçunu transfer etdi - Rəsmi
"Neftçi"nin legioneri milliyə dəvət aldı
Millimiz Lüksemburqa uduzdu