Mövcud formatla sonuncu dəfə oynanılan Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.
QOL.az xəbər verir ki, digər tərəfdən də turnirdə bombardirlik yarışı davam edir.
Qrup mərhələsinə öz çıxışı ilə damğa vuran 2 komandadan biri "Real", digəri isə "Mançester Siti"dir. Tarixində 14 dəfə ÇL-in qalibi olan "Real" C qrupunda "Napoli", "Braqa" və "Union"u 2 dəfə məğlub etməyi bacarıb. Madrid təmsilçisi maksimum nəticə göstərərək 18 xal toplayıb və qrup lideri kimi 1/8 finala adlayıb. Rəqiblərini 16 dəfə məyus edən "kral klubu" qapısında cəmi 7 top görüb.
"Mançester Siti" isə C qrupunda "Leyptsiq", "Yanq Boyz" və "Srvena Zvezda"nı məğlub edib. "Şəhərlilər" də "Real" kimi maksimum nəticə əldə ediblər (18 xal) və adlarını 1/8 finala yazdırıblar. Xosep Qvardiolanın komandası yalnız qol sayına görə "Real"dan geri qalır. İngiltərə təmsilçisi 18 qol vurub və 7 qol buraxıb.
Xal baxımından ÇL-in 2023/24 mövsümünün ən pis göstəricisi "Srvena Zvezda"ya məxsusdur. Serbiya komandası qrup mərhələsində cəmi 1 xal toplayıb. "Mançester Siti" və "Leyptsiq"ə hər iki matçda uduzan "Srvena Zvezda" "Yanq Boyz"la görüşlərdə 1 dəfə məğlub olub, 1 dəfə heç-heçə edib.
ÇL-in qrup mərhələsində sonuncu olan komandalardan "Sevilya" və "Union" hərəyə 2, "Antverpen" 3, "Mançester Yunayted", "Zalsburq" və "Seltik" hərəyə 4 xal toplayıblar. Qitənin ən vacib klub turnirində son həftəyədək pley-off şanslarını qoruyan "Nyukasl" isə 5 xalla sonuncu olub.
Qrup mərhələsində "Mançester Siti" və Real"dan başqa. 4 komanda da məğlub olmayıb. Bunlar A qrupunu lider kimi başa vuran "Bavariya" (16 xal, 5 qələbə,1 heç-heçə), D qrupunda 1-ci yeri tutan "Real Sosyedad" (12 xal, 3 qələbə, 3 heç-heçə), eyni qrupda 2-ci olan "İnter" (12 xal, 3 qələbə, 3 heç-heçə) və E qrupunda 1-ci pillədə qərarlaşan "Atletiko"dur (14 xal, 4 qələbə, 2 heç-heçə).
Turnirin bombardirlik yarışında 4 futbolçu liderliyi bölüşür. "Mançester Siti"nin norveçli ulduzu Erlinq Haaland, "Atletiko"dan Alvaro Morata, Antuan Qrizmann və "Mançester Yunayted"in forvardı Rasmus Hoylund hərəyə 5 dəfə fərqləniblər.
Ötən mövsüm isə ÇL-in bombardiri 12 qolla məhz Erlinq Haaland olmuşdu.
"Sabah" hücumçu aldı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib
“Qarabağ” Koxalskinin gedişini açıqladı - Bu kluba keçdi
Türkilər “Liverpul”un baş sponsoru olur - Rəsmi
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
Keyn: “Çempionlar Liqasını qazanmağa yaxınıq”
AFFA-dan klublara cərimələr
ÇL-in oyunları bu kanallarda
“Liverpul” Avropanın ən nüfuzlu klubu seçildi
"Səbail" Fransadan oyunçu aldı
“Barselona”nın gəliri 1 milyard avronu keçsə də...
Bülent Korkmaz təyinatından 2 ay sonra istefaya göndərildi