“Ardıcıl məğlubiyyətlərdən sonra çətin vəziyyətdə idik. Buna görə də toparlanmalıydıq. Psixoloji durumumuzu qaydaya salmağa çalışırdıq. 11 tur ərzində qələbə qazanmamışdıq. Nəhayət ki, bu uğursuz seriyaya son qoyduq”.
Qol.az-a müsahibəsində bu sözləri “Kəpəz”in kapitanı Yeqor Xvalko Misli Premyer Liqasının 13-cü turunda “Araz-Naxçıvan”ı 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
Belaruslu müdafiəçi bu qələbəni sensasiya adlandırmayıb: “Belə deməzdim. Oyun bərabər səviyyədə idi. Matç ilk qola kimi idi. Hesabı hansı komanda açsaydı, o da da qalib gələcəkdi. İlk hissədə hər iki tərəfin şansları var idi. Lakin nə biz fərqlənə bildik, nə də rəqib. Nəhayət ki, sona yaxın istəyimizə çatdıq. Vurduğumuz qol nəticəni müəyyənləşdirdi”.
Xvalko son turlar ardıcıl bəxtsizliklə üzləşdiklərini bildirib: “Əslində biz hər matçda nəticə qazanmaq üçün çalışırıq. Lakin bəzən gözlənilməz hallar yaşanır. Məsələn, “Turan Tovuz”la görüşdə pis çıxış etmirdik. Rəqib birinci hissənin sonuna yaxın fərqləndi. Bu cür qollar komandaya mənfi pis təsir edir. Fasilədən sonra matçın gedişatını dəyişmək istəyirdik. Amma ikinci 45 dəqiqə başlar-başlamaz rəqib növbəti qolu vurdu. Bundan sonra oyunun ipi əldən getdi. 0:2-dən sonra nəyisə dəyişməz mümkünsüz idi. Yaxud “Qarabağ”la oyun olsun. Komandanın gücü hər kəsə məlumdur. Sadəcə 1-ci dəqiqədə qapımızda qol gördük. Bu cür rəqiblə ilk dəqiqədə qapında qol görmək çox ağırdır”.
O, baş məşqçi Azər Məmmədovun “Kəpəz”dən gedişinə də toxunub: “Hamı başa düşür ki, nəticə yoxdur. Buna görə də Azər Məmmədov komandadan getdi. Təbii ki, baş məşqçinin gedişi pis təsir edir. Biz onun etimadığını doğrultmadıq. Sağollaşmaq hər zaman insanı məyus edir. Bu, xoş deyil. Lakin bu da futbolun bir hissəsidir. “Araz-Naxçıvan”la oyunu məhz onun üçün udmalıydıq”.
“Bəs növbəti oyunu kimin üçün udmalısınız” sualını Xvalko belə cavablandırıb: “İlk növbədə özümüz üçün. Sən meydana çıxırsansa, adın, ailən üçün mübarizə aparmalısan. Biz də əlimizdən gələni edəcəyik ki, bu qələbənin ardını gətirək”.
26 yaşlı futbolçu qeyd edib ki, çempionatda yaranan fasilə komandası üçün faydalı olacaq: “Bu matçdan sonra millinin oyunlarına görə çempionatda fasilə yaranacaq. Məncə, bu, “Kəpəz”in xeyrinə olacaq. Yeni baş məşqçi gələcək. Onun komandanı tanıması üçün zamana ehtiyac var. Eləcə də biz baş məşqçinin nə istədiyini bilməliyik. Odur ki, bu cür vəziyyətlərdə fasilə hər zaman faydalı olur. Məşqlərimizdə yükləmə çox olacaq. Növbəti matça qədər daha yaxşı durumda olacağıq”.
“Qarabağ”a ağır məğubiyyətdən sonra meydançanı tərk etməyən “Kəpəz”li futbolçular bir müddət tribunadakı azarkeşlərlə müzakirə apardılar. Xvalko bunun normal hal olduğunu söyləyib: “Əsas problem azarkeşlərlə müzakirə aparmaq deyil. Bu, normal haldır. Əsas problem aldığımız ağır məğlubiyyət idi. 1:7 nadir hesabdır. Psixoloji cəhətdən bu cür məğlubiyyətdən sonra toplarlanmaq çətindir. Sonuncu pillədə idik. Az qol vururuq və cəmi 1 qələbə qazanmışıq. Azarkeşlər bu cür gedişatdan narazı olmaqda tam haqlıdırlar. Biz onlara hörmət edirik”.
Belaruslu arxa xətt futbolçusu ev oyunlarını Gəncədə keçirməməyin komandanın çıxışına təsir edəcəyini vurğulayıb: “Gəncədə azarkeş daha çox olurdu. Üstəlik, öz evin, doğma divarlar da bəzən kömək olur. Yenə də Bakı ilə müqayisədə Tovuzda oynamaq məsafə baxımından daha yaxşıdır”.
O, sintetik meydanda çıxış etməkdə problem görmür: “Mən məsələyə fərqli yanaşıram. Sintetik meydanda qazon düz olur. Kələ-kötür olmur. Buna görə də sintetik qazonda oynamaq mənim üçün problem deyil”.
“Bizə sadəcə vaxt lazımdır” - "Şəfa"nın baş məşqçisi
Rüfətin komandası finala gedən yolda büdrədi
"Neftçi" "Sumqayıt"a, "Zirə" "Şəfa"ya qalib gəldi
Şotlandiya millisində yeni baş məşqçi
"Real"a dönüşü gələn ilə qala bilər
“Sumqayıt”ın baş məşqçisi “Neftçi”yə məğlubiyyətdən danışdı
Mahir Emreli qol ötürməsi verdi
"Neftçi"nin 3 qollu qələbəsindən - Video
"Arsenal" 18-ci dəfə İngiltərə Superkubokunun qalibi oldu
Həm "Qalatasaray"dan, həm "Roma"dan təklifi var
Superliqa matçında 4 yaşlı azarkeşə qarşı xoşagəlməz hadisə
“Zirə” - “Şəfa”: Heyətlər
“Çox güman ki, bu, futboldakı son ilimdir” - Ronaldo
Misli Premyer Liqasında 2-ci turun təqvimi
“Sabah” və “Qarabağ”ın çempionat oyunları təxirə salındı
Amorim onlara əlavə istirahət verdi
“Qarabağ”ın rəqibindən qələbə
“Sumqayıt” - “Neftçi”: Heyətlər
"Sabah" - "Hapoel" matçının biletləri satışa çıxarıldı
Arteta Premyer Liqada çempionluq yarışından danışdı
“Sportinq” İrankundanı transfer etdi
“Liverpul”un hücumçusu "Tottenhem"lə razılaşdı
Azərbaycanın iki boksçusu Avropa çempionatının 1/4 finalında
Zubirin təvazökar gedişi - Vida oyunu istəməyib!
“Sabahın Ulduzları” yarışında daha 3 oyun keçirildi
Ozan Can əvvəl gözəl qol, sonra rəqibinə kəllə vurdu - Video
Zubirdən vida mesajı
“Real” Mourinyonun iki istəyini yerinə yetirməyib
“Qarabağ” Zubirin getdiyini - Rəsmən açıqladı
Duran "Seltik"də ilk rəsmi qolunu vurdu
"Sabah"la oyun ən çətini olacaq" - "Hapoel"in baş məşqçisi
"Sabah"ın rəqibi 0:4 hesabı ilə uduzdu
"İnter" İngiltərə millisinin üzvünü transfer etdi
"Ayaks"ın vingeri PSJ-yə keçdi - Rəsmi
Toral “Bursaspor”da növbəti oyuna çıxdı - Video
"Sabah" mövsümə bu qələbə ilə start verdi - Video
La Liqada yeni mövsüm başladı
"Trabzonspor"dan heç-heçə, "Fənərbaxça" uduzdu