Maldininin yeni iş yeri müəyyənləşdi

Maldininin yeni iş yeri müəyyənləşdi
XƏBƏR 11 Noyabr 2023 / 09:52 2940
-  A +

"Milan"ın sabiq texniki direktoru Paolo Maldininin yeni iş yeri müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Maldini "Əl-İttihad"ın yeni direktoru olacaq. O, tezliklə Səudiyyə Ərəbistanı klubu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, "Milan" iyunun 6-da Maldini ilə yollarını ayırmışdı. Paolo 2019-cu ildən bu vəzifədə çalışırdı.

Əlavə edək ki, “Əl-İttihad” rəhbərliyi klubun baş məşqçisi Nuno Espirito Santunu istefaya göndərib. Komanda hazırda Səudiyyə Ərəbistanı çempionatında 5-ci yerdədir. Bu komandada məşhur futbolçu Kərim Benzema da çıxış edir.


Dünya Çempionatı 2026
Son xəbərlər
24.06.26  11:42

Messi 39 yaşında

topaz banner