"Bayer"in müdafiəçisi "Qarabağ"la oyunu buraxacaq

"Bayer"in müdafiəçisi "Qarabağ"la oyunu buraxacaq
XƏBƏR 8 Noyabr 2023 / 16:27 2305
-  A +

"Bayer”in müdafiəçisi Edmond Tapsoba Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun sabah Bakıda “Qarabağ”a qarşı keçiriləcək oyununu buraxacaq.

QOL.az xəbər verir ki, bu barədə Leverkuzen təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Burkina-Faso millisinin futbolçusu ötən həftə Almaniya kubokunda “Sandhauzen”lə oyunda (5:2) sol əlindən zədə alıb. Onun əməliyyat olunacağı bildirilib. 

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Bayer" matçı saat 21:45-də başlayacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
16.08.26  12:48

Zubirdən vida mesajı

topaz banner