"Həqiqətən çətin bir turnir olacaq. Amma burada Azərbaycanı təmsil edəcəyimizə görə qürur hissi keçirəcəyik".
QOL.az xəbər verir ki, bu sözləri qadın basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Evren Alkaya Avro-2025-in seçmə mərhələ oyunlarından əvvəl deyib.
Mütəxəssis əvvəlcə bütün Azərbaycan xalqının zəfər bayramını təbrik edib: "Ölkədə 25 günlük təlim-məşq toplanışı keçirdik. Bəzi oyunçular öz klublarının heyətlərində oyuna çıxdıqlarına görə hazırlıq prosesinə qatıla bilmədi. Buna baxmayaraq, 25 gün ərzində çox ciddi hazırlaşdıq. Bu müddətdə 2 hazırlıq görüşündə də qüvvəmizi sınadıq. Artıq komandada anlaşma səviyyəsi də yüksəkdir. Seçmə mərhələdə rəqiblərə qarşı taktiki gedişlərimizi də basketbolçularımıza aşılamışıq".
Türkiyəli baş məşqçi yaradılan şəraitə görə Azərbaycan Basketbol Federasiyasına təşəkkür edib: "Burada bizi hazırkı Avropa çempionu Belçika ilə yanaşı səviyyəcə bir-birinə yaxın Polşa və Litva komandalarına qarşı oyunlar gözləyir. İlk oyunumuzu Litva millisinə qarşı keçirəcəyik. Rəqibin oyununu yaxşıca təhlil etmişik. Onların qarşısını kəsmək üçün mübarizə aparacağıq. Azərbaycanı layiqli şəkildə təmsil edəcək və ürəklə oynayacağıq. Komandama güvənirəm. Bu hələ bizim üçün başlanğıcdır. Qarşıdakı illərdə daha güclü komandaya çevrilmək üçün əlimizdən gələni edəcəyik. 2025-ci ildə keçirəcəyimiz oyunlarda indiki ilə müqayisədə daha yaxşı olmalıyıq”
Qeyd edək ki, komanda ilk matçını noyabrın 9-da səfərdə Litvaya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 21:30-da start götürəcək. Yığma üç gün sonra Bakıda Belçikanı qəbul edəcək.
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki
"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"
DÇ-2026-nın bu matçı ləngiyə bilər
Komandası Messini belə təbrik etdi - Şəkil
Kabo-Verdenin ulduz futbolçusu klubunu dəyişir?
Keyndən gözlənilməz antirekord
Modriç yeni rekordun bir addımlığında
Dirk Kuyt yenidən “Fənərbaxça”da
"Neftçi"dən üçüncü transfer - Rəsmi
"Tottenhem"dən qapıçı transferi
Məşhur futbolçu klubsuz qaldı
"Fənərbaxça" Seneqal millisinin üzvünü transfer etdi
DÇ-2026-da 3-cü turu yayımlayacaq Azərbaycan kanalları
Ueyn Runinin rekordunu qırdı
ABŞ İran millisi üçün qaydaları yumşaltdı
Xorvatiya millisinin ən yaşlı qolçusu oldu
"Zirə"də 9-cu ayrılıq - Rəsmi
İngiltərə millisindən mundiallar tarixinin rekordu