Ramilin komandası Asiya Çempionlar Liqasında uduzdu

Ramilin komandası Asiya Çempionlar Liqasında uduzdu
XƏBƏR 25 Oktyabr 2023 / 16:15 2369
-  A +

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” bu gün Asiya Çempionlar Liqasında növbəti oyununa çıxıb.

Qol.az xəbər verir ki, komanda 3-cü turda Avstraliyanın "Melbrun Siti" klubunu qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Start heyətdə meydana çıxan Şeydayev 73-cü dəqiqədə əvəzlənib.

"Buriram Yunayted" (Tailand) - "Melbrun Siti" (Avstraliya) - 0:2

Qollar: Lopane, 22, Maklaren, 41

Bu nəticədən sonra "Melbrun Siti" 7 xalla lider, "Buriram Yunyted" isə 3 xalla 3-cüdür.


Son xəbərlər
04.04.26  14:17

Kadidən 40-cı qol

topaz banner